Məhkumlar cəzaçəkmə müəssisələrində, həbsxanalarda nə qədər ciddi nəzarət altında olsalar da, həbsxanadan qaçan məhbuslar tarix boyu olub.
Məhkumların həbsxanadan qaçması Azərbaycanda son illər baş verən ilk hadisədir. Dünya təcrübəsində isə bu kimi olaylara dəfələrlə rast gəlinib.
Femida.az maraqlı faktları təqdim edir:
Paskal Payet - üç dəfə həbsxanadan qaçıb
Paskal Payet, yaxud Kalaşnikov Pet inkassator maşınını soyan zaman bir neçə şəxsi qətlə yetirdiyi üçün həbsxanaya düşüb. 2001-ci ildə o, 30 illik həbs cəzasına məhkum olunub. O, ciddi nəzarət altında saxlanılsa da, üç dəfə helikopterlə həbsxanadan qaça bilib.
Sonuncu dəfə 2007-ci ildə həbsxananın damına oğurlanan helikopter enib. Helikopteri Payetin 3 dostu qaçırıb. Payet həbsxananın damına çıxaraq, helikopterlə ərazidən uzaqlaşıb. Onlar pilotu Aralıq dənizinə ataraq, sükan arxasına özləri keçiblər. Həmin hadisədən sonra Paskal və onun dostlarının harada olması haqda məlumat yoxdur.
Təhlükəli cinayətkarın həbsdən qaçışı
ABŞ-da 1930-cu ildə bank soyğunu həyata keçirən Con Dillinger ən təhlükəli cinayətkarların saxlandığı “Crown Point” həbsxanasına yerləşdirilib. Həbsxanada olarkən bir neçə saata yonduğu və daha sonra ayaqqabı boyası ilə qara rəngə boyadığı taxta parçasını silah əvəzi istifadə etməyə başlayıb. O, hazırladığı “silahı” gözətçilərə həqiqi silah kimi göstərib, atəş açacağını deyərək, onları təhdid etməyə başlayıb. Con hamını bir otaqda bağladıqdan sonra həbsxana müdirinin yeni aldığı avtomobilinə minərək oradan qaçıb.
İndiyədək görünməmiş olay
Çarles Viktor Tompson sabiq və yeni sevgilisini öldürdüyü üçün ona ölüm hökmü cəzası verilib. Buna görə də Viktor həbsdən qaçış planı qurmağa başlayıb. O, ilk etapda otağına gizlicə köynək və şalvar kimi gündəlik paltarlar gətirdə bilib. Daha sonra vəkili ilə görüş tələb edib və görüş otağına tez girərək, vəkil otağa girməzdən əvvəl cəld şəkildə paltarını dəyişib, kilidi olmayan qapıdan asanlıqla çıxıb.
Nəzarətçilər çıxışda Çarles Viktordan şəxsiyyət vəsiqəsini istəyiblər. O, soyuqqanlı şəkildə şəxsiyyət vəsiqəsini göstərərək, nəzarətçiləri aldadıb və rahatlıqla həbsxanadan qaçmağa nail olub.
8 ayda həbsdən iki dəfə qaçan məhkum
Digər məhbus Alfred həbs olunan zaman qapının açar görünüşünə diqqət edərək, onun eynisindən hazırlayıb. O, bu yolla həbsdən qaçmağa nail olub.
Alfred səkkiz aydan sonra təkrar tutulduqda bütün ittihamları rədd edərək məhkəməyə müraciət edib. Lakin o, məhkəmə günü tualetə getməyə icazə istəyərək, qandaldan xilas olub və əvvəlcədən hazırladığı qıfılla nəzarətçiləri tualetə kilidləyərək ikinci dəfə qaça bilib.
Həbsdən qaçmağın qeyri-adi yolu
2009-cu ildə Fransa vətəndaşı Culian Şotard qeyri-adi yolla həbsxanadan qaçıb. Belə ki, Şimali London Pentonvil həbsxanasına furqon maşınla bir qrup dustaq gətirilib. Digər dustaqlar içəriyə daxil olarkən Şotard furqonun arxasına keçib və bir neçə dəqiqədən sonra həbsxanadan qaçmağa müvafiq olub. O, maşının alt hissəsindən yapışaraq həbsxanadan qaçıb. Culian daha sonra özü polisə gələrək təslim olub.
Oxu24.com
ŞƏRHLƏR