Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65940
az

Ərdoğan Azərbaycanla bağlı mühüm sazişi təsdiqlədi

09:1225 Fevral, 2022
773
SİYASƏT
  • A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişi təsdiqləyib.

Bu barədə Oxu24.com  “Rəsmi Qəzet”ə istinadən xəbər verir.

Sazişə əsasən, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi və Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi idxal və ixrac zamanı qida məhsullarının təhlükəsizliyini və yararlılığını təmin etmək üçün onların daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının ekspertizasını həyata keçirəcək.

Tərəflər idxal olunan qida məhsullarının yoxlanılmasını ölkələrin milli qanunvericiliklərində nəzərdə tutulmuş qaydada risklərin qiymətləndirilməsinə əsaslanan qida nəzarət sisteminə uyğun olaraq aparılmasına razılıq verəcəklər.

Eyni zamanda, tərəflər idxal edilən qida məhsullarının istehsal prosesi ilə yerində tanış olmaq və keyfiyyətə nəzarət sistemlərini araşdırmaq üçün yüksək riskli obyektlərə (patogen mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait hesab edilə bilən qida məhsullarının ilkin istehsalı və emalı ilə məşğul olan obyektlər) səfər etmək hüququna malik olacaqlar. Bu səfərləri ixrac edən tərəf əlaqələndirəcək.

İdxal redən tərəf lazım olduqda idxal olunmuş bütün yüklərin qanunvericiliyə uyğun olaraq yoxlanılması hüququnu özündə saxlayır. Bu sənədlərin yoxlanılmasını, fiziki müayinəni, nümunə götürməni, müvəqqəti saxlamanı və digər tədbirləri əhatə edir.

Tərəflər idxal zamanı uyğunsuzluq olduqda və milli qanunvericiliyin tələbləri yerinə yetirilmədiyi təqdirdə yüklərin qəbulundan imtina etmək hüququnu özündə saxlayacaq.

Qeyd edək ki, saziş Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin 2021-ci ilin sentyabrında Türkiyəyə rəsmi səfəri çərçivəsində imzalanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zelenski Şoltsla görüşdü
Azərbaycanla İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi
İlham Əliyev tunisli həmkarını yenidən prezident seçilməsi münasibətilə təbrik edib

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Bakıda dəhşət: 75 yaşlı kişi başı kəsilərək qətlə yetirildi