Azərbaycan, İran, Türkiyənin xarici işlər nazirlərinin VI üçtərəfli görüşündə İstanbul Bəyannaməsi imzalanıb.
Oxu24.com Haberler-ə istinadən xəbər verir ki, üçtərəfli görüş zamanı Azərbaycan, İran və Türkiyənin XİN rəhbərləri milli valyuta ilə ticarət etməkdə razılığa gəliblər.
İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Türkiyə-Azərbaycan və ölkəsinin işbirliyinin bölgə baxımından önəmli olduğunu bildirib:
"Milli valyutamızla ticarət əlaqələri qurmaq barədə razılığa gəldik. Bu razılıq ilə iqtisadi əlaqələrimizi xarici müdaxilələrdən qorumuş olacağıq". Oxu24.com
ŞƏRHLƏR