Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65885
az

Gözlər Ərdoğanda: Türkiyə boğazlarla bağlı nə qərar verəcək? - Açıqlama

18:4224 Fevral, 2022
363
SİYASƏT
  • A

“Türkiyə həm Ukrayna, həm də Rusiya ilə müttəfiqdir. İkisinin arasında gedən müharibədə Türkiyə tərəf tutmaqdan savayı, daha çox vasitəçi rolunu oynayacaq”


Bunu OXU24.COM -a Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Rusiya-Ukrayna müharibəsindən danışarkən deyib.

Onun sözlərinə görə, bu müharibə ən çox Türkiyəyə təsir eədcək:

“Yanvar ayından etibarən Rusiya ilə Ukrayna arasında ciddi bir gərginlik var idi. İki gün əvvəl Putinin Donetsk və Luqanskın müstəqilliyini tanıması artıq son nöqtəni qoydu. Bu da müharibə ilə nəticələnməli idi. Rusiya bu gün Ukraynanın müxtəlif ərazilərini bombalayaraq müharibəni başlatdı.

Bir tərəfdən də bəzi ölkələr müharibə başlamasın deyə vasitəçi olmağa çalışsalar da, uğurlu ola bilmədilər”.

Politoloq boğazların bağlanması məsələsinə aydınlıq gətirib: “Hazırda əsas mövzu boğazlardır ki, Ukrayna boğazların bağlanılmasını istəyir. Lakin boğazların bağlanılması Montrö müqaviləsi ilə təcəssüm etməlidir və ya müqaviləyə əsasən hərəkət edilməlidir. Çünki Montrö müqaviləsində müharibə gəmilərinin və ya bir neçə tonluq gəmilərin keçməsi ilə bağlı ciddi maddələr var. Ona görə də bu mövzuda ciddi sıxıntı yaşayacaq. Müharibə ən çox Türkiyəyə təsir edəcək. Çünki həm Ukrayna, həm də Rusiya ilə müttəfiqdir”.


H.Oqtay Türkiyənin Rusiya və Ukrayna arasındakı vasityəçiliyinə də diqqət çəkib: “Rusiya-Ukrayna arasında gedən müharibədə Türkiyə tərəf tutmaqdan savayı, daha çox vasitəçi rolunu oynayacaq. Ukrayna Türkiyə ilə təmas xəttlərini açıq tutduğu halda, Putin hər hansı vasitəçi ilə əlaqəyə keçmək istəmədi və Türkiyənin vasitəçilik təklifi bir növ havada qalmış oldu. Gün içərisində BMT, NATO və bu kimi digər dünyəvi təşkilatların edəcəyi açıqlamalar gündəmə gələcək”.


Politoloq, hazırda Türkiyə Təhlükəsizlik Şurasının qərarını gözlədiklərini bildirib: “Hazırda Türkiyədə Təhlükəsizlik Şurasının iclası keçirilir. Türkiyə SOS vəziyyətindədir. Bunları da nəzərə alsaq, Türkiyə Prezidentinin bir azdan bu barədə açıqlama verəcəyini demək olar. Biz tərəfsizlik olacağı gözləntisindəyik. Ukrayna NATO ölkəsi deyil, belə olan təqdirdə Türkiyənin NATO-ya açıqlama vermədən tərəfini bəlli etməsi mümkün deyil. Eyni zamanda, Rusiya tərəfində olması da mümkün deyil. Çünki müharibə Qara dəniz üzərindən qonşu olan ölkəyə birinci dərəcəli təsir göstərəcək. Onun üçün Türkiyə Təhlükəsizlik Şurasının açıqlamasını gözləyirik”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zelenski Şoltsla görüşdü
Ukraynadan Türkmənistana ŞOK ÇAĞIRIŞ -Putin Aşqabada gələndə...
Lavrov Mirzoyanla görün nədən danışıb: "Anası uşağı iplə gəzdirirdi" -FOTO

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Bakıda dəhşət: 75 yaşlı kişi başı kəsilərək qətlə yetirildi