Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65841
az

Qarabağda vəziyyət tamamilə Bakının xeyirinə dəyişir - Ermənilər qorxu içində

00:0024 Fevral, 2022
589
SİYASƏT
  • A

"Nəzəri olaraq rəsmi Moskva keçmiş "DQR"-i, qondarma rejimi qondarma Donetsk və Luqanskın "müstəqilliyini" tanımadan da tanıya bilərdi. Onsuz da Cənubi Abxaziya və Osetiyanı 2008-ci ildən sonra tanımışdı".

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib.

Ekspert bildirib ki, Rusiya ilə Azərbaycan arasında imzalanan sənəd indidən erməniləri qorxuya salıb:

"Rusiyanın keçmiş qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq riski daim var idi. Bu riskin qarşısı Luqanskın, Donetskin tanınıb, tanınmasması ilə alınmır. Keçmiş "DQR"-in Rusiya tərəfindən tanınmasının qarşısı Azərbaycanın xarici siyasəti və Ermənistanın zəiflikləri ilə qarşısı alınır. İndiki vəziyyətdə isə mən bunu heç nəzəri olaraq da mümkün hesab etmirəm. 

Çünkü Moskva hazırda müttəfiqlər axtarışındadır. Azərbaycanın da xarici siyasəti, buna "fürsətcil" demək istəməzdim, amma siyasətdə bunun bədəli ərazi bütövlüyüdürsə, geosiyasi fürsətcilik belə olsun, siyasətdə əsas olan hədəfdir, vasitələr deyil. 

Hələ sənədin mətni konkret olaraq bizdə yoxdur, sənəddəki bütün müddəalar bizə tam aydın deyil. Amma yenə də mən indiki şəraitdə Arayikin arzularını heç nəzəri də mümkün hesab etmirəm. Separatçı rejimin qondarma başçısının bəyanatı qabaqdan gəlmişlikdir. Çünkü Rusiya ilə Azərbaycan arasında imzalanan sənəd fonunda düşünürəm ki, ermənilər müəyyən şeyləri hiss edirlər və bu cür bəyanatlar onların qorxuları ola bilər, qorxudan irəli gələn açıqlama ola bilər. Ona görə də bu bəyanat qabaqdan gəlmişlikdən başqa bir şey deyil, mən belə hesab edirəm. Qarşıdan yaz ayları gələr, görərik".

Qeyd edək ki, Putinin məlum qərarından sonra separatçı rejimin rəhbəri Arayik Arutyunyan açıqlama verərək "Cənab prezident Vladimir Putinin Donetsk və Luqanskı müstəqil dövlət kimi tanımasını alqışlayırıq. DQR də beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınmağa layiqdir", - deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI - Bu vaxta kimi Qarabağı tərk edin
Bakı Xankəndinə bir az da yaxınlaşdı - Rusiya hansı müdaxiləni edəcək?
Qarabağda vəziyyət tamamilə Bakının xeyirinə dəyişir - Ermənilər qorxu içində

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü