Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65833
az

Bakıda  mağazada paltar kiloqramla satılır - Qiyməti 18 manat 

22:4123 Fevral, 2022
866
MARAQLI
  • A


Görmüşük ki, adətən ərzaq məhsullarını kilo ilə satarlar. Sizə təqdim edəcəyimiz süjetin çəkildiyi məkanda isə  paltarı da kilo ilə satmaq və ya almaq mümkündür.  Bu geyimlər haradan gətirilir, keyfiyyəti necədir ? Suallarına da cavab var. 

Bu suallar gün ərzində satıcılara, bəlkə də, yüz dəfə verilir. Çünki burada geyimlər ədədlə yox, kilo ilə satılır. 

Satıcılar deyirlər ki, bütün mallar Özbəkistandan gətirilir. Qadın, kişi, uşaq fərq etmir, geyimlərin 1 kilosu 18 manata satılır.

Digər mağazalarda məhz bu corabların ən ucuzunun ədədi 1 manat 50 qəpiyə satıldığı halda, buradakı qiymətin təxminən 90 qəpik olması insanda məhsulların keyfiyyətinə şübhə yaradır. Başqa bir misal gətirək. 1 ədəd kişi maykası 4 manat 50 qəpik- 5 manata satıldığı halda,  burada çəki ilə ədədi 2 manat- 2 manat 50 qəpiyə düşür. 

"Heç kim öz ayranına turş deməz" nümunəsi ilə burada da rastlaşdıq. Satıcılar meyvə-tərəvəz kimi kilo ilə satılan geyimlərə tələbatın çox olduğunu deyirlər. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Xəzər Xəbər"ə bildirdi ki, bu mallar ilə bağlı hələ ki, heç bir şikayət daxil olmayıb. Amma vətəndaşlar diqqətli olmalıdırlar. Çünki kilo ilə alınan mallar qaytarılan zaman ciddi problemlər yaşanır. Eyyub Hüseynovun sözlərinə görə, hər bir malın öz qiyməti və çeki olmalıdır ki, istehlakçı da öz hüquqlarını təmin edə bilsin. Malın keyfiyyətinə gəldikdə isə, bu məsələ də qalır sual altında.  

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

WhatsApp-da yeni funksiya işə salındı
Ayda su tapıldı
WhatsApp-da artıq daxili tərcüməçi var