Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65699
az

Putin iclasda Narışkinlə mübahisə etdi: “Aydın danış…” + VİDEO

23:1421 Fevral, 2022
442
DÜNYA
  • A

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı qondarma Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR) Rusiyanın tərkibində tanınması qərarını dəstəklədiyini bildirib.

Sfera.az xəbər verir ki, onun bu sözlərindən sonra Rusiya Prezidenti Vladimir Putin iclasda müstəqilliyin tanınması məsələsinin müzakirə olunduğunu deyib. Narışkin bunun ardınca qondarma respublikaların suverenliyinin tanınmasının tərəfdarı olduğunu bildirib.

Putinlə Narışkinin dialoqu belə olub:

Narışkin: Qərb tərəfdaşlarına son şans verilə bilər ki, onlara Kiyevi sülhə və Minsk razılaşmalarına əməl etməyə məcbur etsinlər. Əks halda biz bu gün müzakirə olunan qərarı verməliyik.

Putin: "Əks halda” nə deməkdir? Siz danışıqlar prosesinə başlamağı və ya onların suverenliyinin tanınmasını təklif edirsiniz?

Narışkin: Mən…

Putin: Aydın danışın.

Narışkin: Mən tanınma təklifini dəstəkləyəcəyəm…

Putin: Dəstəkləyəcəksiniz, yoxsa dəstəkləyirsiniz? Aydın danışın!

Narışkin: Donetsk və Luqansk Xalq Respublikalarının Rusiya Federasiyasına birləşdirilməsi təklifini dəstəkləyirəm…

Putin: Biz bundan danışmırıq, bunu müzakirə etmirik, onların müstəqilliyini tanıyıb-tanımamaqdan danışırıq.

Narışkin: Müstəqilliyin tanınması təklifini dəstəkləyirəm.
 
(SAVAŞ)

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qırıcıları "Hizbullah"ın qərargahına dəqiq zərbələr endirdi
ABŞ-dan Putinə şok ittiham: Trampı öyrədib ki...
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı