Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65691
az

Dövlət qurumunda dəyişiklik: 26 idarə ləğv edildi

22:0821 Fevral, 2022
596
REDAKTORUN SEÇİMİ
  • A

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin mərkəzi idarəetmə aparatında struktur dəyişikliyi olub.

Oxu24.com xəbər verir ki, Bu barədə qurumun mətbuat katibi Dilqəm Şərifov məlumat verib.

Onun sözlərinə görə, yeni sturuktura əsasən 7 şöbə, 3 sərbəst sektor və 11 tabeli sektor yaradılıb. Aparılan islahatlar kənd təsərrüfatı istehsalçılarının su tələbatının ödənilməsinə təkan verməklə yanaşı, idarəetmədə səmərəliliyin və şəffaflığın artırılması məqsədi daşıyır. Bununla da mərkəzi idarəetmə aparatının strukturu dəyişilərək daha müasir, günün tələblərinə uyğun, işin peşəkarlılığın artırılması, işin təşkilinin daha müasir formada görülməsi üçün yeni şöbə və sektorlar yaradılıb.

Cəmiyyət idarəetmədə təcrübəli kadrların cəlb olunması istiqamətində də addımlar atıb. Bu istiqamətdə cəmiyyətin mərkəzi aparatının strukturunun daha çevik idarəetmə qabiliyyətinə malik formada yenidən təşkili və bu sahəyə xarici dövlətlərdə təhsil almış, müasir biliklərə malik təcrübəli gənc kadrlar cəlb edilib. Bu ildə eyni zamanda müxtəlif ixtisaslı peşələrdə çalışan işçilərin ixtisas artırma kurslarına cəlb edilməsi nəzərdə tutulur.

"Ölkə rəhbərliyinin səhmdar cəmiyyəti qarşısında qoyduğu vəzifələrin icrası da sürətlə davam edir. Belə ki, meliorasiya və su təsərrüfatı sahəsi üzrə artan tələbatın təmin olunması, suvarma suyundan səmərəli istifadə edilməklə kənd təsərrüfatı istehsalçılarının suya olan tələbatının ödənilməsi istiqamətində, o cümlədən şəffaflığın və idarəetmədə səmərəliliyin artırılması məqsədilə müvafiq islahat tədbirləri həyata keçirilib. İslahat tədbirləri çərçivəsində büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi, istismar tədbirlərinin keyfiyyətlə yerinə yetirilməsi, pərakəndiliyin aradan qaldırılması, satınalmaların vahid mərkəzdən idarə olunması və şəffaflığın təmin edilməsi məqsədi ilə ötən il bir sıra rayonlarda struktur vahidləri üzrə müəyyən dəyişiklik aparılaraq, bir-birini təkrarlayan 26 idarə ləğv edilib və həmin rayonlarda fəaliyyət göstərən Suvarma Sistemləri və digər idarələrlə birləşdirilib. Bu sahədə işlərin daha da təkmilləşdirilməsi üçün rayonlarda işlərin davam etdirilməsi nəzərdə tutulur", - deyə D.Şərifov əlavə edib.

SON DƏQİQƏ! Putin xalqa müraciət edir

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naibə  Quliyevanın meyiti tapılıb
Meyiti tapılan qadın görün kimdir
“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO