Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6557
az

Tələbə qıza sataşan gənci öldürən ''qanuni oğru'' - Mamed Masallının sirli həyatı

20:4229 Oktyabr, 2018
2629
KRİMİNAL
  • A
 
Oxu24.com Femida.az-a istinadən  “Masallı Mamed” kitabının müəllifi yazıçı-publisist Nurəddin Ədiloğlu ilə müsahibəni təqdim edir.

- Mamed Masallı kimdir.Onun oğru aləminə gəlişinin tarixçəsi barədə nələri deyərdiniz.?

-Əvvala onu deyim ki, heç vaxt “qanuni oğru” barədə kitab yazmaq fikrində olmamışam. Mamedin haqqında bir həmyerli kimi çox eşitmişdim və dəfələrlə görüşümüz olmuşdu. Onu da deyim ki, onunla Masallıda vaxtilə Cəfər Cabbarlının adını daşıyan küçədə yaşamışıq. Kim inanardı ki, qorxmazlığı, təəssübkeşliyi, qeyrəti , dürüstlüyü erkən gənclik illərindən onu həbsxanaya gətirib çıxaracaq. Həbsxanalarda yaratdığı qayda-qanuna görə ona dəfələrlə ad vermək istəyiblər. O isə həmişə “Mənim bir adım var, onu da mənə atam İsgəndər verib!” deyə “qanuni oğru” adından dəfələrlə imtina etmişdi. Çoxları bu adla “təltif” olunmağa can atırdı. O isə “Qanuni oğru” adı daşımağın nə qədər məsuliyyətli olduğunu dərk edirdi. Amma görünür, bu da onun taleyinə yazılmışdı.
1993-də dekabr ayında Bakıda "Leyla" şadlıq evində “qanunu oğru” ların toplantısı keçirilir.

Sabirabadlı Hikmətin toyundan bir neçə gün keçmiş Bakıda Lotu Bəxtiyar, Hikmət, Mirseymur, Çingiz Axundov kimi “qanuni oğru”ların iştirakı ilə keçirilən toplantıda ona və Dağlı Cavanşirə “qanuni oğru” adı verildi. Və bu adı alandan sonra demək olar ki, o Azərbaycana- Masallıya nadir hallarda gələrdi. Bu gəliş də ya Novruz bayramına təsadüf edərdi, ya da dost-tanışının, qohum əqrəbəsinin xeyir-şər mərasiminə...

- Bizdə olan məlumata görə, sizin onunla həbsxanada şəxsi görüşünüz olub. Zəhmət olmasa o barədə danışardız.

- Mamedlə müxtəlif vaxtlarda Masallıda, Bakıda və Moskvada görüşlərimiz olub. Bu barədə kitabımda da yazmışam . 2008-ci ildə güya üzərində tapança gəzdirdiyinə görə həbs olunmuşdu. Həbsxanadakı görüşümüz məni çox heyrətləndirdi. Görüşdüyümüz hücrə həbsxanadan çox, nömrəsiz otel otağına bənzəyirdi. Bura onun məxsusu görüş otağı idi. Mamedlə yaşıl çay içə-içə 40 dəqiqəyə yaxın söhbət etdik. Dedim , icazə ver haqqında kitab yazım. Razı olmadı. Bu bizim sayca beşinci görüşümüz idi. Moskvada da onun çox müsbət cəhətlərini görmüşdüm. Rusiyanın müxtəlif şəhərlərində həbsxanda olan, bazarlarında başqa millətlər tərəfindən incidilən soydaşlarımıza necə kömək elədiyinin şahidi olmuşdum.

2002-ci ilin payızında Moskvanı birlikdə gəzib-dolaşmışdıq. Mamed mənim 2-3 kitabımı oxumuşdu. Həbsxana hücrəsində fikir verdim ki, onun kitab dolabında Bjezinskinin “Böyük şahmat taxtası” var. Mən də ona “Yarımçıq qalmış şikəstə” hədiyyə edib, təkrar dedim ki, səni yaxşı tanıyıram, qoy haqqında kitabı yazmağa başlayım. Siqaretinə dərin qullab vurub, üzümə baxdı. “Ehtiyac yoxdu, əgər ehtiyac olsa, sən yazarsan!” –dedi.

-Onunla şəxsi görüşü olan bir şəxs kimi Mamed Masallını bir insan kimi necə xarakterizə edə bilərsiniz?

- Bilirsiniz, insanın böyüklüyü onun bəxti-taleyi ilə deyil, elədiyi yaxşılıqlarla ölçülür. Mamed bayırdan zindana, zindandan da bayıra işıq zolağı salan adam idi.Zindan onun ikinci evi sayılırdı. Hətta nahaqqdan tutulanda belə, o buna etiraz etmirdi. Onu da deyim, istər Azərbaycan olsun, istər Rusiya – bütün dustaqxanalar Mamed üçün dünyanın həm də qiraətxanası idi. O, çox mütaliə edirdi. Hətta bir dəfə mənə Dostoyevskinin “Cinayət və Cəza” romanını oxumağı məsləhət gördü. Həmişə bu kitabın qalın cildinə baxıb, oxumağdan vaz keçmişdim. Amma Mamed deyəndən sonra oxudum. Onun yüksək musiqi zövqü vardı. İlk dəfə yaxından tanış olduğumuz toyda tamada: “Mamed qardaşımızın şərəfinə “Koroğlu uvertürası” səslənsin!” deyəndə qəribə hisslər keçirdim. Yaxın dostlardan biri qulağıma pıçıldadı ki, bizim qədeşin iştirak etdiyi bütün toylarda – istər Rusiyada olsun, istər Azərbaycanda bu uvertüra çalınır. Düzü, uvertüra ifa olunan zaman toyda o cür səssizliyin ilk dəfə şahidi olurdum. İnsəfən, çalğıçılar da cox yaxşı ifa edirdilər. Mamedi digər oğrulardan fərqləndirən cəhətlər çox idi. Mən onun məzarı üzərindəki heykəlinin də, haqqında yazılan kitabın da müəllifinin Mamedin özü olduğunu düşünürəm. Təsəvvür edin, dilimizdəki “qardaş” kəlməsini bütün millətlərin dilinə Mameddən keçmişdi. Mən onu Azərbaycançı kimi tanıyıram. Dünyada azərbaycanlı çoxdur, amma hər azərbaycanlı Azərbaycançı deyil. Təsəvvür edin tanınmış rus şairi Mamedə sağlığında şeir həsr edib, ölmündən sonra Rusiyanın ən böyük restoranlarında onun xatirəsinə bəstələnmiş mahnı-rekvyem səsləndirilib. Mamedin yas mərasimin uzaq Kamçatqadan belə digər millətlərin nümayəndələr xüsusi təyyərə ilə gəlmişdilər. Onun 40 mərasimində mən Taqonoroqlu rus şairi Aleksandr Fomenkova çıxış üçün söz verəndə məzarının ziyarətinə 15-20 min adam gəlmişdi. Və onun məzarüstü abidəsi bir xalqın deyil, 40-dan çox xalqın nümayəndələrinin Masallı Mamedin şəxsiyyətinə olan etiramından ucalıb!..

- Onun ölümü barədə söz-söhbətlər gəzir. Masallı Mamed öldürülüb ya ölüb?

- O azadlıqda da, məhkumluqda da qismətinə düşən insan taleyini yaşayırdı. Öz “qanuni oğru” missiyasını şərəflə, təmənnasız yerinə yetirirdı. Bu missiyanı yerinə yetirməkçün bir insan ömrünü girov qoymuşdu... Mən Mamedi elə sağlığında da “Ölüm süvarisi” adlandırırdım.

Masallı Mamed 2011-ci ildə Novruz bayramı gecəsi Bakıda cəza çəkdiyi 1 saylı həbsxanada dünyasını dəyişməsi əlbəttə müəmmalıdır. Ölümünə saatlar qalmış Bakıda yaşayan qardaşlarına zəng edib: "Qohum-qardaşı yığın, gedin Masallıya, bayramı anamla keçirin!" deyib.

Amma inan mən onu sapsağlam görmüşdüm azca böyrəklərində krisstallar vardı yaşıl çay içirdiki qumları yusun. Ancaq mən bir şeyə təssüf edirəm ki, onu Rusiyada yox, son dəfə öz doğma Masallımızda həbs etdilər. Çünki Mammed kimi oğullar Masallını da, Azərbaycanı da sovet dövründən üzü bəri çin-çin rüşvət alan, onun-bunun haqqını yeyən, narkomaniyaya göz yuman paqonlu-paqonsuz məmurlardan milyon dəfə artıq sevirdi... Müvəqqəti məhbus həyatı yaşadığı həbsxananın həyətinə asfalt döşətdirən, 10-12 otağını təmir etdirən, dustaqlar arasında dava-dalaşa son qoyan, istər azadlıqda, məhbəsdə gənclərə narkotik maddələrin satanlara mane olan bir adamı Novruz günü aradan götürmək kimə sərf edirdi?

Cavabsız suallar çoxdur, qəribədir Azərbaycanda demək olar ki, heç bir “qanunu oğru” 50 yaşdan o yana yaşamayıb. Amma “oğru dünyası”nda başqa xalqlarda 70-80 yaşlı nümayəndələrinə rast gəlmək mümkündür. Doğurdanmı, Mamed kimi MDB məkanında nüfuzlu “qanuni oğru”nun məhz Masallıda - yas mərasimində həbs etmək “alqışa layiq” hərəkət idimi?!.

- Bu gün onun ailəsi barədə sizdə hər hansı məlumat varmı? Övladları barədə də bir-iki kəlmə danışmağınız maraqlı olardı.


Mamed 1992- cü ildə özünün qohumu ilə ailə həyatı qurub. Onların toy günü Mamedin ad gününə təsadüf edir. O zaman onun 31 yaşı var idi. Bu nikahdan 2 qız övladları var.

- Dayıları və qardaşları ilə arada-sırada görüşürəm. Çox səmimi və mehriban insandılar. Anası Gövhərtac xanım ilə Mamedin il mərasimində görüşmüşəm və haqqında yazdığım kitabı şəxsən anasına və rəhmətlik böyük dayısının həyat yoldaşına təqdim etmişəm. Bu ilin iyulunda Mamedin ilk övladının toy mərasiminə dəvət olunmuşdum. Son dəfə dayıları və qardaşları ilə orda görüşmüşük. Onu da deyim “Nağıl dünyası” adlanan təbiət qoynunda toy mərasimində uzaqdan-yaxından 2 minə yaxın adam iştirak edirdi. Mamedin ölmündən sonra ona və ailəsinə olan bu etiram, bu qələbəlik real da olsa, adama elə müasir nağıl kimi də görünür. Demək, Mamedə bu hörməti onun haqqaşiqi, düzgünlük tərəfdarı olması qazandırıb. Xalq artistləri Könül Xasiyeva, Aygün Bəylər, Rəmiş, tanınmış meyxana ustaları Namiq Məna, Mehman Əhmədli və başqaları məslisə rövnəq qatdılar. Mənə də çıxış üçün söz verildi. Mamed Masallı təbiətinin aşiqi idi. Onun sevdiyi şeirlərdən birini dedim. Onu da deyim ki, Mamedin ana babası Abdulbağı kişi də Mircəfər Bağırovun zamanında necə deyəllər, ana təbiətin “namusunu” qoruduğuna görə ilyarım həbs olunub . Bu əhvalat barədə “Masallı Mamed” kitabında məlumat var. Qısası, Abdulbağı kişi sovxoz direktoru olan vədələrdə bir nəfər Bakıdan Qızılağac qoruğuna izinsiz-filansız ova gəlib . Abdulbağı kişinin göstərişi ilə “şəhərli ovçunun” tüfəngi müsadirə olunur. Sən demə həmin “şəhərli ovçu” Mircəfər Bağırovun yaxın qohumu imiş...



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaxda ağır qəza - Azyaşlı öldü
Tələbə faciəvi şəkildə ÖLDÜ
Göyçayda ağır qəza - ölən var - FOTO

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü