“Bakmil” stansiyasına giriş-çıxışa təmir işləri ilə əlaqədar günün müəyyən saatlarında (saat 8:20-dən 17:00-a qədər) qoyulmuş məhdudiyyət oktyabrın 30-dan müvəqqəti tətbiq edilməyəcək.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, təmir işlərinin xarakteri nəzərə alınaraq, yenidənqurma-bərpa işləri dayandırılmadan məhdudiyyətin müəyyən müddətə götürülməsi imkanı yaranıb. Bu səbəbdən sərnişinlərin təhlükəsizliyinin təmin edilməsinin mümkünlüyü nəzərə alınaraq, stansiyanın fəaliyyəti qarşıdakı günlərdə adi qaydada təmin ediləcək.
Sərnişinlər “Bakmil” stansiyasına və əksinə hərəkət edən qatarlardan, hərəkət qrafikinə uyğun olaraq, istifadə edə bilərlər.
Məhdudiyyət bərpa olunarkən ictimaiyyətə əvvəlcədən geniş məlumat veriləcək. Oxu24.com
ŞƏRHLƏR