Bakıda orta məktəb şagirdi qaçırılıb.
Oxu24.com xəbər verir ki, bu barədə “Sputnik-Azərbaycan”a Qaradağ rayonunun Polis İdarəsindən məlumat veriblər.
Bildirilir ki, hadisə oktyabrın 28-də saat 18.00-da Sahil qəsəbəsində baş verib.
Qaçırılan qızın - 2003-cü il təvəllüdlü Mikayılova Xatun Kamran qızının anası, 1980-ci il təvəllüdlü Samirə Əliyeva Qaradağ rayonunun 38-ci Polis bölməsinə müraciət edərək bildirib ki, qızı ailə qurmaq məqsədilə qaçırılıb. Onun sözlərinə görə, bunu qəsəbə sakini, 1998-ci il təvəllüdlü Teymur İsgəndərov edib.
Hazırda polis qaçırılan qızın və onu qaçıran oğlanın axtarışını davam etdirir. Oxu24.com
ŞƏRHLƏR