Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65429
az

DİN açıqlama yaydı: 2 nəfər ölüb,64 nəfər saxlanılıb

10:1116 Fevral, 2022
359
CƏMİYYƏT
  • A

Ötən gün ölkə ərazisində qeydə alınan iki yol qəzası nəticəsində iki nəfər ölüb.

Daxili İşlər Nazirliyindən Oxu24.com-a bildirilib ki, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 53 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 65 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmadı
Naxçıvanda qəza - Xəsarət alanlar var
Bakıda mənzildə meyit tapıldı