Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65341
az

Milyonçu “Bomj” oldu: Hokkeyçinin heyrətamiz hekayəsi - VİDEO - FOTO

21:1614 Fevral, 2022
273
CƏMİYYƏT
  • A

Kanadanın Kenora şəhərində cəmi 15 min nəfər yaşayır. Onlardan birinin adı Co Merfidir.

OXU24COM  lent.az-a istinadən xəbər verir ki, şəhərdə o, sığınacaqlarda, zibilliklərdə və ya sadəcə Ontarion əyalətinin müxtəlif şəhərlərinin küçələrində dolaşan bir avara kimi tanınır.

Merfi Milli Hokkey Liqasında çıxış edib, 1990-cı ildə Stenli Kubokunun mükafatçısı olub, karyerası boyunca 15 milyon dollar qazanıb. 

İndisə, sabit yaşayış yeri olmayan avara həyatı sürür. 

Bəli, bəli, real həyatda belə də olur!

Merfi Milli Hokkey Liqasında yeddi fərqli komandada cəmi 779 oyun keçirib.

"Pulum çoxdan qurtarıb. Heç nəyim qalmayıb. Bir qəpiyim belə yoxdur.  Bundan sonra nə edəcəyimi bilmirəm. Hazırda heç bir işim yoxdur. Bir dəfə bir nəfərlə yollarım kəsişmişdi. Dedi: "Sadəcə pul istə". Düzdür, mən bunu heç vaxt etməmişəm. Həmin adam bir daha dedi ki, sadəcə, pul istəsə vəssalam. Bu, mənim dilənməyim olacaqdı. Bəli, mən indi bununla məşğulam. Mən dilənçi olmuşam", - 50 yaşlı Merfi jurnalistlərdən biri ilə söhbətində deyib.

Hokkey oynadığı illərdə aldığı zədələrini və sarsıntıları indiki çətinliklərinin səbəblərindən biri hesab edir.

Hokkeyçi kimi qazandığı 15 milyon dollar tüstü kimi uçub gedib - narkotiklərə, kazinolara, şübhəli səhm sövdələşmələrinə.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan bu ölkəyə başsağlığı verdi

Bakıda ev YANIR
Bakı metrosunda qatar yoluna düşən 20 yaşlı oğlanın son durumu- YENİLƏNDİ

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var