Səudiyyə Ərəbistanından olan mühacir jurnalist Camal Kaşıqçının meyitinin hələ də tapılmaması dünya mediasının bu məsələdə şübhələrini daha da artırıb. Bu arada Türkiyə mediası sensasion iddia irəli sürüb.
Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, öldürülən jurnalistin hissələrə ayrılmış meyiti konsulluğun binasında olan sobada yandırılıb.
Vətən qəzetinin yaydığı məlumata görə,Türkiyə polisi konsulluğun həyətində su quyusuna baxmağa buraxılmayıb.Amma polisin digər ərazilərdə axtarış aparmasına icazə verilib. Axtarış zamanı ərazidən soba tapılıb. İlkin araşdırmalar zamanı sobanın yaxın vaxtlarda istifadə olunduğu məlum olub. Bu isə polisin şübhələrini artırıb. Sobadan yandırılanın nə olduğu götürülən nümunələrin cavabından sonra məlum olacaq.
Türkiyə polisi hadisə baş verən günü daha bir şok olayı üzə çıxarıb. Camal Qaşıqçı konsulluğun binasına girərkən telefonunun və planşetini nişanlısa verib. İlkin araşdırmalar zamanı məlum olub ki, iPhone telefonuna kənar müdaxilə olduğundan telefonun proqramında xəta baş verib.
Oxu24.com
ŞƏRHLƏR