Türkiyədə "Diyarbakırspor" və "Yeni Muş" komandaları arasında həvəskar liqa matçında kütləvi dava düşüb.
Oxu24.com-un "NTV Spor"a istinadən məlumatına görə, futbolçular arasında insident ilk hissə başa çatdıqdan sonra baş verib. Yalnız polislərin müdaxiləsindən sonra oyunçuları sakitləşdirmək mümkün olub.
Daha sonra hadisəyə azarkeşlər qarışıblar. Fanatların tribunadan meydançaya atdığı oturacaqlar hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarına dəyib. Nəticədə 4 nəfər yaralanıb, 2 tərəfdar isə saxlanılıb.
Hadisənin səbəbi hələlik bəlli deyil.
Oxu24.com
ŞƏRHLƏR