Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65184
az

Məktəbdə ŞOK OLAY: Qarabağ qazisi xadiməni öldürdü

13:2811 Fevral, 2022
649
REDAKTORUN SEÇİMİ
  • A

İsmayıllı rayonunda törədilən qətllə bağlı bəzi faktlar məlum olub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu gün Basqal kənd tam orta məktəbində baş verib.

Məktəbin gözətçisi vəzifəsində çalışan kənd sakini, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu aralarında baş verən dava zamanı məktəbin xadiməçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayıb. Ağır bədən xəsarətləri alan Gülarə Qəhrəmanova çoxlu qan itirdiyi üçün hadisə yerində dünyasını dəyişib.

Məlumata görə Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var.

Qətli törədən Bəxtiyar Əhmədli isə Vətən müharibəsi qazisidir. O, Qubadlı, Füzuli, Cəbrayılın işğaldan azad olunmasına görə və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. Qətli törədən Bəxtiyar Əhmədli sözügedən məktəbdə mühafizəçi işləyirmiş. O hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin helikopteri buna görə partlayıbmış - ABŞ AÇIQLADI 
Abdullahianın cəsədi belə tapıldı

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO