Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65097
az

Hansı dərmanları pulsuz əldə edə bilərik? - VİDEO

18:3709 Fevral, 2022
277
CƏMİYYƏT
  • A

Ölkədə bir sıra xəstəliklər var ki, onların müalicəsi  icbari tibbi sığortanın xidmətlər zərfinə uyğun olaraq qarşılanır. Yəni, həmin xəstələr nə müalicə prosesi üçün, nə də dərman vasitələrinin alınması üçün əlavə xərclə üzləşirlər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aynurə Əhmədova deyir ki, bu xidmətlərdən icbari tibbi sığorta ödəyən hər kəs yararlana bilər. Ancaq ambulator müalicə üçün və həkim resepti əsasında təyin olunan dərmanlar ödənişsiz deyil.

Aynurə Əhmədova həmçinin bildirir ki, müharibə iştirakçıları, şəhid ailələri üzvləri və müharibədən zərər çəkmiş şəxslərə psixoloji yardım məqsədilə təyin olunan dərmanlar da Agentlik tərəfindən qarşılanır.

Bundan başqa, hemofiliya, vərəm, talassemiya, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, skleroz və qan xəstəliklərindən əziyyət çəkən vətəndaşların da dərman təminatı ödənişsizdir. Həmçinin uşaqlarda boy hormonlarının inkişafı ilə bağlı preparatlar da vətəndaşlara pulsuz verilir.

OXU24.COM "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi