Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6503
az

Erməni ilə döyüşə hazırlaşan Əzizov: Qəfəsdə müharibə olacaq...

19:0127 Oktyabr, 2018
1714
İDMAN
  • A
Noyabrın 17-də Lvovda (Ukrayna) azərbaycanlı Həsən Əzizovla erməni Lyudvik Şolinyan arasında MMA qaydaları ilə döyüş keçiriləcək.

Məlum səbəblərə görə qarşıdakı döyüş hər iki idmançı üçün prinsipial əhəmiyyət daşıyır

Həsən Əzizov MMA qaydaları ilə altı döyüş keçirib ki, bunlardan dördündə qalib gəlib, ikisində məğlub olub. Öz növbəsində Şilinyan keçirdiyi 4 görüşdən 3-ündə qələbə qazanıb, birində isə heç-heçə edib.

Oxu24.com xəbər verir ki, Media.az-a müsahibəsində azərbaycanlı döyüşçü Həsən Əzizov özü və qarşıdakı döyüş haqqında danışıb:

- 1996-cı ildə ilk dəfə cüdoya yazılmışam, 10 il sonra isə qarışıq döyüş növlərinə keçmişəm.

MMA-ya gələcək məşqçim Azad Əsgərovun döyüşünü gördükdən sonra keçmək qərarına gəldim. Azad Əsgərov hazırda Azərbaycan Pankration Qrapplinq və MMA Federasiyasının prezidentidir. Sonra onunla tanış oldum, öyrəndim ki, o da məşqçilik edir və onun yanında məşq etməyə başladım. İkinci məşqimdə o, mənə həvəskarlar arasında dünya çempionatında iştirakı təklif etdi.

Əvvəlcə məğlub olurdum, sonra isə qələbə qazanmağa başladım. 2007-ci ildə Qazaxıstanda keçirilən peşəkar MMA üzrə beynəlxalq turnirdə qələbə qazandım. Həmin il Kiyevdə keçirilən müxtəlif peşəkar turnirlərdə Azərbaycan bayrağı altında çıxış etdim.

- Niyə görə Ukraynaya getməyi qərara aldınız?

- O zaman Azərbaycanda MMA heç cür dəstəklənmirdi. Misal üçün, Qazaxıstandakı qələbəyə görə mənə mükafat kimi televizor verdilər və mən həmin televizoru satıb, özümə yol pulu etdim.  

Kiyevə gedən zaman bir müddət MMA ilə məşğul olmadım, sonra isə Fyodor Yemelyanenko ilə tanış oldum. Tanışlıq təsadüfi idi. Mən həmçinin "M-1 Challenge"in prezidenti Dmitri Xristyukla da tanış oldum. O, mənə məşqçilik fəaliyyəti ilə məşğul olmağı və idman karyeramı davam etdirməyi təklif etdi. Kiyevdə mənə müəyyən vəsaitlər verildi və "Güclü millət" adlı pulsuz uşaq-idman məktəbini açdım. Daha bir zalımız Odessada fəaliyyətə başladı, ancaq o, ödənişlidir.

Bu il ailə vəziyyətimlə bağlı yenidən vətənə qayıtdım. Hazırda Azərbaycanda yaxşı MMA məktəbi var. Döyüşçülər Ruslan Əfəndiyevin rəhbərliyi altında məşq edirlər.

- Qarşıdakı rəqibiniz haqqında nələr məlumdur?

- Bilirəm ki, o, bir dəfə də olsun məğlub olmayıb. Təxminən bir həftə əvvəl o, 4-cü qələbəsini qazanıb. Parterdə rəqibini məğlub etməyi xoşlayır. Yeri gəlmişkən, o, bu döyüşdə Ukraynanı təmsil edəcək, ancaq bütün müsahibələrində erməni əsilli olduğunu qeyd edir.

Görüş ermənilərin çox yaşadığı Lvovda keçiriləcək. Əminəm ki, o, burada çoxlu dəstək qazanacaq. Yeri gəlmişkən,bir neçə il əvvəl karateçimiz Lvovda ermənini məğlub etdi və döyüşdən dərhal sonra böyük dava oldu. Bundan başqa, ermənilər növbəti gün azərbaycanlılara məxsus mağazalara hücum edərək, şəhərdə iğtişaşlar törətdilər.

Eyni zamanda, mən Lvovda dəstəksiz qalmayacam. Döyüşü Ukraynadakı Azərbaycanlılar konqresinin rəhbəri Rövşən Tağıyev də izləyəcək. Bundan başqa, yerli azərbaycanlıların dəstəyinə ümid edirəm.

- Zalda çoxlu sayda erməninin olması sizi çaşdırmayacaq?

- Əlbəttə ki, onun məğlubiyyəti zamanı zalda hər şey ola bilər. Hər halda, ümid edirəm ki, belə olmayacaq. Əminəm ki, qəfəsdə biz özümüzü yaxşı aparacağıq. Sözsüz ki, qəfəsdə qaydalı müharibə olacaq. Mən sona qədər döyüşəcəm.

- Siz dediniz ki, erməni döyüşçü görüşü parterdə keçirməyə üstünlük verir. Siz döyüşdə özünüzü necə hiss edirsiz?

- Öz döyüş strategiyamı açıqlamaq istəmirəm. Amma deyə bilərəm ki, peşəkar MMA üzrə o, mənim səviyyəmdə olan idmançı ilə görüşməyib. Mən həmçinin, "birinci mərtəbədə" də yaxşı işləyirəm, ancaq ona qarşı riskə getməyəcəm.

- Qarşıdakı görüşün, yəqin ki, sizin üçün xüsusi əhəmiyyəti var?

- Tamamilə doğrudur. Bu vaxta kimi heç bir döyüşə bu qədər əhəmiyyət verməmişəm. Başa düşürəm ki, mənə böyük ümidlər var və üzərimə böyük məsuliyyət düşür. Mən azərbaycanlıyam, o isə ermənidir, ona görə sona qədər döyüşəcəyik. Və hətta bizlərdən kiminsə sınığı olsa, döyüşü dayandırmayacağıq.

- 38 yaşınız var. MMA üçün sanballı yaş deyil?

- Bilirsiniz, hisslər başa çatmayıb deyə, xeyr. Əlbəttə ki, yaşı nəzərə alaraq, məşqlərimizə fikir veririk. Misal üçün, keçən həftədən başlayaraq, həftədə 11 dəfə deyil, 8 dəfə məşq edirəm. Daha çox istirahət edirəm. Ancaq üstünlükləri də var.

Hazırda MMA-da döyüşlərini yüksək səviyyədə davam etdirən kifayət qədər yaşlı idmançılar var. Fyodor Yemelyanenkonun hazırda 42 yaşı var və o, döyüşlərini davam etdirir.

Əlbəttə, yaş fərqi hiss olunur. Əgər Qazaxıstandakı beynəlxalq turnirdə qələbə qazanan 27 yaşlı Həsən Əzizovla döyüşə bilsəydim, onu elə ilk raundda məğlub edərdim. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boksçumuz dünya birinciliyində ilkə imza atdı
Güləşçimiz dördqat dünya çempionu oldu
Azərbaycan güləşçisi dünya çempionu oldu

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü