Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64943
az

Azərbaycanda COVID-19 pasportu ilə bağlı YENİLİK: Fevralin 15-dən sonra…

21:0507 Fevral, 2022
503
REDAKTORUN SEÇİMİ
  • A

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən koronavirus əleyhinə “Peyvənd sertifikatı”nın elektron forması üzərində dəyişikliklər edilir.

Oxu24.com  xəbər verir ki, bu barədə  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, fevral ayının 15-dən sonra elektron sistemdə bütün dozalar üzrə məlumatlar öz əksini tapacaq: “Peyvənd sertifikatı”nın “Etibarlılıq müddəti” bölməsində isə sertifikatın müddəti qeyd ediləcək.

Belə ki, 2 doza aşı olanlar üzrə 6 ay müddət qeyd olunacaq, buster doza və ya 4-cü dozanı qəbul edənlər üzrə isə müddətsiz kimi əks olunacaq.

Mövcud qərara edilən dəyişiklikdən sonrakı bir neçə gün içində 15 fevral tarixindən müddəti bitmiş hesab olunacaq sertifikatlarda “Müddətsiz” sözü “15 fevrala qədər etibarlıdır” sözləri yenilənib.

Birinci və ikinci vaksini almış, buster dozası olmayan şəxslərdə isə müvafiq müddət (ikinci dozadan 6 ay sonra) qeyd edilib".

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə fevral ayının 15-dən sonra buster doza vurdurmayan şəxslər ictiami iaşə müəssisələrinə, qapalı məkanlara, idman zallarına, şənlik mərasimlərinə buraxılmayacaqlar.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda tutulan 18 yaşlı Hüseynlə bağlı ŞOK - Görün kimin qardaşı imiş
Toyuna hazırlaşan qız faciəvi şəkildə öldü-Foto
Qar yağacaq - PROQNOZ

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO