ATV-də yayımlanan "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxışəliyevin canlı yayımda halı pisləşib.
Oxu24.com xəbər verir ki, aparıcı hipertonik kriz keçirib: "Təziqim qalxdı. Bir saat özümə gəlmədim. Amma efirdə özümü saxlaya bildim. Reytinqə işləmədim. Sonra insanların mənə inamı itə bilər".
Qeyd edək ki, bir neçə gün əvvəl "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının da canlı yayımda halı pisləşmişdi. Sosial şəbəkə izləyiciləri Zaurun "Reytinqə işləmədim" deməsini, Xoşqədəm Hidayətqızına söz atmaq kimi qiymətləndiriblər.
Oxu24.com
ŞƏRHLƏR