Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64889
az

Milli Məclisin rəhbərliyi deputat Feyziyevi cəzalandıracaqmı?

00:4607 Fevral, 2022
534
SİYASƏT
  • A

Milli Məclisin İntizam komissiyası deputat Cavanşir Feyziyevin məsələsinə baxa bilər. Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İntizam кomissiyasının sədr müavini Fəzail Ağamalı deyib. Komissiya sədrinin müavini deputat Feyziyevlə jurnalistlər arasında yaranmış münasibətdən təəssüfləndiyini bildirib.

“Mən heç bir tərəfi günahlandırmaq və ya haqq qazandırmaq fikrində deyiləm. Həmkarımın Azərbaycanda tanınmış jurnalistlərlə bağlı səsləndirdiyi fikirləri qəbul etmirəm. Bunlar faktlara əsaslanaraq hadisələri özünəməxsus şəkildə işıqlandıran jurnalistlərdir. Onların kiminsə üçün işləməsi ilə bağlı iddiaları qəbul etmirəm. Bunlar elə jurnalistlər deyil. Belə bir vəziyyət yaranmamalı idi. Mən hər iki tərəfə müraciət edirəm və onları dayanmağa çağırıram”, - deyə Ağamalı bildirib.

Fəzail Ağamalı bu məsələyə İntizam кomissiyasında baxılacaqmı sualına cavab verməkdə çətinlik çəkib.

 

“Bu məsələnin İntizam кomissiyasında qaldırılması üçün həmin jurnalistlər hansısa formada parlamentə müraciət etməlidirlər. Bu müraciətdə səslənən təhqirlərə görə hüquqi əsaslar və izahatlar olmalıdır. Əgər parlament rəhbərliyi bu məsələnin İntizam кomissiyasında müzakirəsini tövsiyə edərsə, o zaman baxıla bilər”.

Bu arada, virtualaz.org-a daxil olan məlumata görə, təhqir olunmuş jurnalistlər deputat Feyziyevin əməlinə qiymət verilməsi xahişi ilə parlament rəhbərliyinə müraciət hazırlayırlar. Müraciətə sabah “Yeni Müsavat” qəzetinin redaksiyasında baxılaraq qəbul olunacaq.

Xatırladaq ki, Böyük Britaniyada əvvəllər korrupsiyada ittiham olunan deputat Cavanşir Feyziyev bir qrup azərbaycanlı jurnalisti - Rauf Arifoğlu, Eynulla Fətullayev, Xalid Kazımlı, Əvəz Zeynallı, Xədicə İsmayılova, Zaur Qəriboğlu, Elnur Məhərrəmli, Osman Gündüz, Sevinc Telman qızı və Azərbaycan vətəndaş cəmiyyətinin bir çox hörmətli nümayəndələrini təhqir edib. Deputat Böyük Britaniyada səs-küylü məhkəmə prosesini işıqlandıran jurnalistləri “reketçilər” və “Qərbin agentləri” adlandırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan-Belarus sənədləri imzalanıb
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
İlham Əliyevin Lukaşenko ilə geniş tərkibdə görüşü keçirildi

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vardanyanın həbs müddəti uzadıldı