Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64870
az

74 yaşlı kişi özündən 13 yaş böyük bibisi qızına... - Şok olayın detalları

21:2606 Fevral, 2022
310
CƏMİYYƏT
  • A

Gədəbəy rayonunda 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev 1934-cü il təvəllüdlü bibisi qızı Səkinə Həsənovaya əzab verib.

OXU24.COM  Teleqraf.com-a istinadən bildirir ki, ötən il mayın 31-də rayon sakini, 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 ildir himayəsində yaşayan və ruhi xəstə olan bibisi qızı 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə boğazından iplə taxtaya bağlayıb, ona işgəncə verib.

İstintaq orqanı tərəfindən Qəzənfər Hacıyevin barəsində Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə), 145.2.5-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) və 179.2.4-cü (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qəzənfər elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Səkinə doğma bibisi Pərinin qızı, eləcə də arvadı Pürzəninin anası Nazangülün xalası qızıdır:

"Səkinə 1934-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində doğulub. Səkinənin Bahar və Sayalı adlı iki bacısı, Sahib adlı bir qardaşı olub. Sahib 3 və ya 4 yaşında Ardanış kəndində ölüb. Səkinə hələ Ardanış kəndində yaşadığı dövrdə bir nəfərlə evlənib. Bu nikahdan onun qızı olub. Bir müddət sonra qızı öldüyü üçün ərindən boşanıb və bundan sonra ailə həyatı qurmayıb.

Səkinənin bacısı Bahar isə ümumiyyətlə, heç vaxt ailə həyatı qurmayıb. 1988-1989-cu il hadisələri zamanı Səkinə bacısı Baharla birlikdə Ermənistandan qaçqın kimi Daşkəsən rayonunun Kəmərqaya kəndində məskunlaşıb".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 1991-ci ildə bacısı Bahar ölüb, Səkinə isə Daşkəsən rayonunun Kəmərqaya kəndində bir müddət tək yaşayıb: "1992 və ya 1993-cü ildə Sayalı bacısı Səkinəni Gədəbəy rayonu, Novoivanovka kəndinə gətirərək öz evində saxlayıb. Səkinə gününü küçələrdə keçirib, yollardan boş butulka, zibil yığıb, geyiminə fikir verməyib. Bir sözlə tüfeyli həyat tərzi keçirib.

Sayalı belə hərəkətlərinə görə Səkinəni tez-tez evindən qovurdu. O, küçələrdə qalırdı. Sonra Səkinəni arvadım Pürzənin mərhum anası Nazangül evinə apardı, bir müddət yanında saxladı. Nazangül təxminən 4 il bundan əvvəl öldü. Bundan sonra Sayalı Səkinəni öz evinə apardı. Lakin Sayalı ona baxmadı. Səkinə yenə də küçələrdə qaldı. Sayalı öldükdən sonra isə Səkinəyə baxan olmadı".

Qəzənfər deyib ki, 2018-ci ilin payız fəslində Səkinənin üzünü, başının yaralı vəziyyətdə olduğunu görüb: "Ondan nə baş verdiyini soruşdum. Səkinə Sahibin onu döydüyünü, pul kisəsini və kəmərini əlindən aldığını dedi. Səkinə təqaüd kartından çıxartdığı pulları kisəyə yığıb, kisədə puldan başqa Səkinənin bel kəməri də olub. Həmin kəmər qiymətli materialdan olmayıb, üzərinə köhnə pullar düzülüb. Amma kəmər qədimi olub. Sahibin əsl adı Elmardır və 2-ci Qarabağ müharibəsində şəhid olub.

Səkinənin döyüldüyünü görən polisə şikayət etdim. Bu məsələ polisdə araşdırıldı və elə araşdırma gedişində Səkinəni öz himayəmə götürdüm, yaşadığım evə apardım və həmin gündən etibarən Səkinə bizimlə bir evdə yaşamağa başladı. Həmin günə qədər Səkinənin təqaüd kartı məndə olmayıb, eyni zamanda həmin günə qədər Səkinə bir gün də mənim evimdə qalmayıb.

Səkinə evimdə qalan vaxtı öz təqaüd kartını mənə verdi. Onu himayəmə götürsəm də, bununla bağlı rəsmi sənədim olmayıb. Səkinə bizimlə bir evdə, bir otaqda yaşamağa başladı. Buna baxmayaraq yenə də gün ərzində Novoivanovka kəndində küçələri gəzir, yerdən tapdığı zir-zibili, boş butulkaları kisəyə doldurur, evimə gətirirdi. Dəfələrlə ona küçələrdən yığışmağı tapşırsam da, Səkinə mənim eşitmədi.

Səkinənin hərəkətləri bununla da bitmədi, nəzarətsiz qalan kimi evdən qaçdı, kiminsə taxıl sahəsini məhv etdi. Buna görə də taxıl sahəsinin sahibləri mənə və arvadıma iradlarını bildirdilər.

Səkinənin anadangəlmə bir gözü kor, digər gözünün isə görmə qabiliyyəti zəifdir. Kiminsə Səkinəni avtomobillə vuraraq öldürəcəyindən ehtiyat etdik. Kənd camaatı da Səkinə küçələrdə nəzarətsiz qaldığına görə mənə və Pürzəyə dəfələrlə irad bildirdilər. Özüm Səkinəni bir neçə dəfə döydüm ki, küçələrdən evə yığışsın, kiminsə tarlasını məhv etməsin. Bütün bunlara baxmayaraq Səkinə məni yenə eşitmədi, nəzarətsiz qalan kimi küçələrdə gəzişdi".

Qəzənfərin ifadəsinə görə, 31 may 2021-ci ildə səhər saat 11-12 radələrində Səkinənin yaxınlıqda yerləşən mərhum qardaşı Cəfər Hacıyevə məxsus taxıl sahəsinə girərək taxılı əzdiyini görüb: "Ona taxıl sahəsindən çıxmasını söyləsəm də, sözümə baxmadı. Həmin yerə gedəndə gördüm ki, Səkinə taxılın orta hissəsini tapdalayaraq əzib. Əsəbləşərək Səkinəni oradaca döydüm. Bir daha taxıl zəmisinə girməməsi üçün onu yerlə sürüyərək mərhum qardaşım Cəfərə məxsus tövləyə saldım, qapısını bağladım. Bir müddət sonra qapını açaraq onun əlindən tutdum, yaşadığım evə apardım. Bundan başqa heç vaxt Səkinəni tövləyə salaraq saxlamamışam".

Qəzənfər qeyd edib ki, iyunun 2-də Nəzakətin bacısı oğulları Rəvan və Məhərrəm Səkinənin tövlədə saxlanılması videosunu çəkib internetdə yaydıqlarını eşidib: "Onlar videonu yayaraq bizi biabır etdilər. Səkinə sözə qulaq asmadığı, qonşunun tarlasına girərək məhv etdiyi üçün onu tövləyə salmışam, qapısını bağlamışam. Bir dəfə də olsun Pürzənin yanında Səkinəni döyməmişəm. Pürzə də mənim yanımda Səkinəni döyməyib.

Səkinəni elə də möhkəm vurmamışam. Vuranda ya başına, ya ayağına, ya kürəyinə, ya da əlinə astaca vurmuşam ki, bir də sözümdən çıxmasın".

Qəzənfərin ifadəsinə görə, sonuncu dəfə Səkinəni 31 may 2021-ci ildə döyüb: "Səkinə çöllərdə qalanda gedərək yolun qırağından ot, alaf yeyib. Qıraqdan baxanlar elə biliblər ki, Səkinəyə yemək vermirik. Mən və arvadım Pürzə bir gün də olsun Səkinəni ac qoymamışıq. Yəqin bədənindəki xəsarətləri Səkinə yıxılarkən alıb. Səkinənin tövlədə əlləri və qollarını nə mən, nə də arvadım bağlamayıb".

Qəzənfər deyib ki, 2018-ci ilin oktyabrından 2021-ci ilin mayın sonunadək Səkinənin təqaüd kartı onda olub: "Həmin dövr ərzində Səkinənin təqaüd kartından çıxardığım pulları özünə xərcləmişəm. Videogörüntüdə 27 may 2021-ci ildə Səkinəni sürüyərək tövlənin qarşısına gətirib döyən mənəm. Səkinə həmin gün yolun ortasında dayandığı üçün onu sürüyərək kənəra gətirdim, başına da bir şillə vurdum ki, bir də maşın yoluna çıxmasın.

Təqdim olunan növbəti videogörüntüdə 28 may 2021-ci ildə Səkinəni tövləyə apararaq salan mənəm. Tövlənin qapısını açaraq içəri daxil olan və Səkinəni çölə çıxaran da özüməm".

Təqsirləndirilən şəxs yayılan video görüntülərdə Səkinəni döyməsini etiraf edib. O, əməlinə görə peşman olduğunu söyləyib.

Bu cinayət işinə Gədəbəy rayon Məhkəməsində baxılıb.

Qəzənfər 3 il müddətinə azadlıqdan məhrum edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkənin təhlükəsizlik naziri HƏBS OLUNDU -FOTO
Şəhid anaları təyyarə qəzasında həlak olanların ruhuna dualar oxudular -FOTO/VİDEO
Pilotlar təyyarəni buna görə dənizə endirməyiblər -Kapitan SƏBƏBİ AÇIQLADI / VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü