Türkiyədə qətlə yetirilən ərəb jurnalist Camal Qaşıqçının nişanlısı canlı yayımda maraqlı faktları açıqlayıb.
Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Haticə Cengiz nişanlısı ilə son görüşündən danışıb.
"O gün heç həyəcanlı deyildi. Konsulluğa getdik, bu dəfə heç gözləmədik.Telefonları mənə verib,"burada məni gözlə" deyərək getdi", deyə o canlı yayımda baş verən olaydan danışıb.
Haticə Cengiz canlı yayımda Qaşıqçı ilə tanışlığının tarixçəsindən də danışıb.O, toya hazırlaşdıqlarını da canlı yayımda açıqlayıb.Daha ətraflı videonu təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR