Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64829
az

Azərbaycanda pensiya alanlara ŞAD XƏBƏR – Bu aydan…

09:4906 Fevral, 2022
1369
CƏMİYYƏT
  • A

Yaxın günlərdə orta aylıq əmək haqqındakı artım faizinin elan oluncağı gözlənilir. Eyni zamanda, əmək pensiyalarının həmin faizə indeksasiya olunacağı bildirilir.

Oxu24.com-un  məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a açıqlamasında bildirib ki, mövcud qanunvericiliyə əsasən pensiya indeksasiya olunduqdan sonra artımlar həmin ilin ilk ayının pensiyasına da şamil olunur.

Deputat qeyd edib ki, indeksasiya ilə bağlı qərarın yanvarın sonu və ya fevralın əvvəlində verilməsinə baxmayaraq, pensiyalar əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunur:

“Ona görə də rəsmi orta aylıq əmək haqqındakı artım faizi Dövlət Statistika Komitəsi tərəfindən birinci ayın sonunda və ya ikinci ayın əvvəlində elan olunur. Burada bir ay fərq var və buna rəğmən qanunvericiliyə əsasən ilk ayda indeksasiya olunmalı və verilməlidir”.

V.Bayramov bildirib ki, artıq yanvar ayının pensiyaları ödənilib:

“Ona görə də mövcud qaydalara əsasən, fevral ayında pensiyalar verilən zaman yanvar ayındakı artım fevral ayındakı pensiyaya əlavə olunmalıdır. Fevral ayında veriləcək pensiya artımla birlikdə vətəndaşlara təqdim olunacaq”.

Qeyd edək ki, 2022-ci ilin əvvəlindən ölkəmizdə əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata çatdırılıb və həmin məbləğdən aşağı olan pensiyalar artırılaraq 240 manata çatdırılmaqla ödənişi təmin olunub.

Yuxuda cinsi münasibətdə olmaq NƏYƏ İŞARƏDİR? - İNANMAYACAQSIZ

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ən dəqiq namaz vaxtları
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Bu ölkənin təhlükəsizlik naziri HƏBS OLUNDU -FOTO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü