Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6481
az

Rusiya Qarabağla bağlı YEGANƏ VARİANTI QƏBUL ETDİ: işğal edilən torpaqlar...

10:3427 Oktyabr, 2018
1430
QARABAĞ
  • A
“Rusiya Dövlət Dumasının deputat Dmitri Savelyevin sözləri beynəlxalq hüququ, haqqı və ədaləti özündə əks etdirən fikirlərdir”.

Publika.az xəbər verir ki, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyasında çıxış edən Rusiya Dövlət Dumasının deputat Dmitri Savelyevin fikirlərini şərh edərkən millət vəkili Elman Məmmədov deyib.

“Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edilib və bu ərazilər qeyd-şərtsiz azad olunmalı, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Bu fikirlərdə qeyri-adi bir şey yoxdur. Qeyri-adilik ondan ibarətdir ki, bu fikirləri Rusiya Dövlət Dumasının deputatı, iqtidaryönlü partiyada təmsil olunan deputat səsləndirir. O, tək deyil, bu fikirdə olan rusiyalı deputatlar, siyasətçilər, ictimai xadimlər, elm adamları və politoloqlar çoxdur, getdikcə də onların sayı artır. Hesab edirəm ki, Rusiyanın siyasi rəhbərliyinin fikirləri artıq dilə gətirilir. Deməli, problemin həllində Rusiya artıq ədalətli mövqedən çıxış edir. Problemin həll olunması üçün yeganə variant deyirlər. Başqa heç bir variant yoxdur, Azərbaycan başqa heç bir variantla razılaşmayıb və razılaşmayacaq. Yeganə variant Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasıdır”, - o bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfininin bu mövqeyi artıq dəfələrlə səsləndirməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzun illər ərzində apardığı çox uğurlu xarici siyasətin, diplomatiyanın nəticəsidir. E.Məmmədov bu siyasət və diplomatiyanın artıq bəhrə veməyə başladığını vurğulayıb.

Millət vəkili qeyd edib ki, Dmitri Savelyev bu fikirləri birinci dəfə səsləndirmir:

"O, artıq neçənci dəfədir ki, analoji fikirlərlə çıxış edir. Bir neçə ay əvvəl Rusiyadan Aleksandr Duqinin rəhbərliyi ilə Azərbaycana nümayəndə heyəti gəlmişdi. Milli Məclisin komitə sədri Əli Hüseynlinin rəhbərliyilə Cocuq Mərcanlıya getdik. Savelyev bu fikirləri orada da səsləndirdi. Bu yaxınlarda Rusiya Dövlət Dumasının səkkiz deputatı ilə birlikdə Türkiyənin Kayseri şəhərində olduq. Orada Xocalı Parkı, Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr olunan abidə açıldı. Savelyev orada da həmin fikirləri səsləndirdi. Soyqırımı törədənlərin cəzasız qaldığını bildirdi, onların cəzalandırılmasını tələb etdi, Azərbaycanın ədalətli mövqeyi onun dilindən səsləndirildi. Rusiyalı deputat indi də mövqeyini təkrarlayır”.

Millət vəkili Rusiyanın VI Bakı Beynəlxalq Humanitar Forumunda çox böyük nümayəndə heyəti ilə təmsil olunduğunu bildirib. Tədbirin açılışında nümayəndə heyətin bu ölkənin prezidenti Vladimir Putinin foruma ünvanlandığı məktubunda xoş sözlərin ifadə olunduğunu deyən E.Məmmədov bunun alqışlanası hal olduğunu deyib.

Xatırladaq ki, Dmitri Savelyev forumda çıxışı zamanı Dağlıq Qarabağ və ətraf 7 rayonun heç bir ilkin şərt olmadan Azərbaycana qaytarılmalı olduğunu söyləyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Şuşaya gedənlərə xəbərdarlıq

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı