Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64771
az

Avtobusu saxlayıb uşağı sakitləşdirən sürücü barədə MARAQLI FAKTLAR - VİDEO

23:2204 Fevral, 2022
255
MANŞET
  • A

Bakıda örnək addımı ilə hər kəsi heyrətləndirən avtobus sürücüsündən xəbər var.

Oxu24.com-un xəbərinə görə, ağlayan uşağı sakitləşdirmək üçün avtobusu saxlayan sürücü barədə BNA-nin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.


 
O bildirib ki, bu avtobus sürücüsü 5 il əvvəl də bir sərnişinin həyatını xilas edib:

"Bu görüntülər 2 fevralda "BakuBus" MMC-nin müvəqqəti istismarında olan 13 nömrəli marşrut xətti üzrə avtobusda çəkilib. Avtobus dayanacaqda olan vaxt sürücü Oqtay Novruzov körpənin dayanmadan ağladığını görüb və valideynlərinin icazəsi ilə onu sakitləşdirmək üçün qucağına alıb. Yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın olduğunu nəzərə alaraq, sürücü qısa müddət ərzində körpəni sakitləşdirərək valideynlərinə verib. Körpəyə həssas yanaşması sürücünün 6 övladının olmasından irəli gəlir.
Müntəzəm marşrut xətti üzrə avtobus sürücüsünün təlimatına aid bir hal olmasına baxmayaraq, sürücünün xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi nümunəvi hərəkət təqdirəlayiqdir.

6 ildir ki, "BakuBus" MMC-də sürücü kimi fəaliyyət göstərən Oqtay Novruzov işinə daim peşəkar yanaşması ilə fərqlənib. O, 2017-ci ildə epilepsiya keçirən sərnişinə ilk tibbi yardım göstərərək onun həyatını xilas edib. Xidmətdə fərqləndiyinə görə BNA rəhbərliyi tərəfindən mükafatlandırılıb".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaqatalada 32 yaşlı qadın xəstəxanada öldü
Baş Qərargah rəisi komandir və rəis heyəti ilə görüşdü
Qocalmanı sürətləndirən 5 amil

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO