Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6471
az

Azərbaycanda kişilər niyə gec evlənir? - SƏBƏBLƏR

19:3026 Oktyabr, 2018
1114
CƏMİYYƏT
  • A
 Statistik rəqəmlərə nəzər saldıqda məlum olur ki, Azərbaycanda son 27 ildə ilk dəfə 2017-ci ildə kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb.

Oxu24.com-un məlumatına görə, 2003-cü ildə kişilərin nikaha daxil olma üçün orta yaş həddi 28,6 (28 yaş 6 ay), qadınlar üçün 23,7 (23 yaş 7 ay) olub.

2008-ci ildə nikaha daxil olanların yaş həddində (kişilər üçün 28, qadınlar üçün 23, 4) nisbətən azalma olsa da, sonrakı illərdə nikah yaşı yenidən artıb.

2013-cü ildə kişilər üçün nikah yaşı 28,4, qadınlar üçün 24, 2016-cı ildə kişilər üçün 28,6, qadınlar üçün 24,1, 2017-ci ildə kişilər üçün 28,8, qadınlar üçün 24,2 olub.

Oxu: Azərbaycanda hər dörd cütlükdən biri boşanır
Kişilər niyə gec ailə həyatı qurur?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, kişi və qadınların gec evlənməsi bir neçə aspektlə bağlıdır:

“Gənclər təhsil və karyera yüksəlişinə vaxt ayırırlar və evlənməkdə gecikirlər. İkinci səbəb isə ailə münasibətlərində müstəqil qərar qəbul etməyi bacarsalar da, öz intellektinə uyğun tərəf müqabili tapa bilmir, qarşı cinsə etibar və inam olmur. Eyni zamanda, iqtisadi problemlər də evlənmə yaşını ləngidir”. Mehriban Zeynalova bildirib ki, hazırda 30-40 yaşlarında ailə qurma halları müşahidə edilir:

“Bu da genofondumuz üçün təhlükədir. Bu cür nəticə sonsuzluğa gətirib-çıxarmaqla yanaşı, uşaqların doğum hallarının azalmasına səbəb olur. Fikrimcə, 25-30 yaş evlənmək üçün münasib vaxtdır. Bu yaşda onların məsuliyyəti artır, həyata baxışı dəyişir. Əvvəllər valideynlər daha çox övladının ailə qurmasına, qayğılarına təsir edirdilər.

İndi isə onlar iqtisadi yükü öz üzərinə götürmək istəmirlər. Valideynlərin iqtisadi cəhətdən gənc ailəyə təsir etmək imkanı olursa, gənc ailəni öz istədikləri kimi idarə etmək istəyirlər. Bununla gənclər razılaşmır və problemlər yaranır”.

Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, cəmiyyətimiz o qədər mürəkkəbləşib ki, kişilərin gec evlənməsinə yalnız bir səbəb demək olmur:

“Buna müxtəlif səbəblər təsir edir. Maddi vəziyyət, mənəvi amillər ilk sıralardadır. Əvvəllər də Azərbaycanda maddi vəziyyəti aşağı olan ailələr olub. Amma evlilik məsələsinə bu amil təsir etməyib. Hazırda dünyada qloballaşma sürətlə gedir və ölkələrdə proses fərqli formada təzahür edir. İnsanlar evlənmək üçün ev və işsizlik problemini həll edənə kimi yaş ötür. Bu da evlilik yaşını artırır”. Sosioloqun sözlərinə görə, adətən, oğlanların 30, qızların isə 25 yaşa kimi ailə qurması məsləhət görülür:

“Bu, həm fizioloji, həm də psixoloji cəhətdən lazımdır. Hətta bu yaş da gecikmə sayılır və xoşagələn proses deyil. İndiki gənclər istəyir ki, evləndikdən sonra ayrı yaşasın. Təbii ki, ayrı ev almaq çətindir. Hazırda ailə qurmaq barədə təsəvvürlər 20 il əvvəlkindən fərqlidir.

Qızlar çalışır ki, karyera qursun, özü rahat pul qazansın. Bu da evlənənlərin sayını azaldır. Əvvəllər hər kəs bilirdi ki, ailə qurmaq onun borcudur. İndi sosial şəbəkələr, filmlər, virtual aləm insanlarda dəyərləri dəyişib. Artıq ailəyə zəruri, vacib institut kimi baxılmır”.

Televiziyalarda efirə gedən problemli ailə verilişlərindən danışan Əhməd Qəşəmoğlu qeyd edib ki, onların fəaliyyət proqramında dəyişiklik edilməlidir:

“Bir çox gənclər verilişə baxan zaman ailə qurmağa qorxur. Onlar televiziyanı açan kimi xəyanət, problemlər eşidirlər. Nümunəvi ailələr barədə danışmaq, ailə dəyərləri ilə bağlı çoxlu verilişlər hazırlamaq lazımdır.

Hesab edirəm ki, yaxın illərdə yaş həddinin artacağını müşahidə edəcəyik. Gec yaşda ailə qurmaq doğulan uşaqların sayının azalmasına səbəb olur. Ailədə doğulan uşaqların sayı iki-üç nəfəri keçmirsə, doğulma indeksi azalır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hansı kərə yağını almaq daha yaxşıdır: 72, yaxud 82 faizli - fərq nədir?
Ölənlər gəlinin bibiləri imiş -Toy təxirə salındı / FOTO
Ər 18 yaşlı həyat yoldaşını qətlə yetirdi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı