Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64694
az

Özünü həbsxanada asan Hacı Məmmədovun cinayət ortağı həbsxanada öldü

13:0503 Fevral, 2022
270
KRİMİNAL
  • A

Bakıda daha bir məhkum ölüb. Hadisə Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisələrindən birində qeydə alınıb. Orada saxlanılan Hüseyn Abdulvahabov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Oxu24.com  “lent.az”a istinadən xəbər verir ki, dünyasını dəyişən H.Abdulvahabov bir neçə il əvvəl ağır cinayətlərdə ittiham olunaraq həbs edilən Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsinin üzvü olub.

Milliyyətcə çeçen olan H.Abdulvahabov qardaşı Sidek H.Məmmədovun “sağ əli” imiş. Adıçəkilən çeçen qardaşlar H.Məmmədovun sifarişi ilə ən ağır cinayətlərə imza atıblar.


Onların törətdiyi cinayətlər arasında “Azərmebelsənaye” İstehsalat Birliyinin sədri Nazim Paşayevin oğurlanması da var.

Belə ki, Hüseyn və qardaşı Sidek H.Məmmədovun təhriki ilə Nazim Paşayevi oğurlayaraq istədikləri pulu ala bilmədikləri üçün onu və sürücüsünü qətlə yetiriblər.

Bundan başqa, onlar 1996-cı ilin avqustunda İlham Qədimzadəni oğurlayaraq valideynlərindən 200 min dollar tələb ediblər. Pulu ala bilmədiyini gördükdə isə onun qulağını kəsərək ailəsinə göndəriblər. Sonradan 180 min dollar pul alaraq İ.Qədimzadəni sərbəst buraxıblar.

Hüseyn və Sidek qardaşlarının bu kimi cinayətlərinin sayı çoxdur.

Məhkəmənin hökmü ilə H.Məmmədovla birgə Hüseyn və Sedik qardaşları da ömürlük azadlıqdan məhrum ediliblər. H.Məmmədov 2017-ci ildə saxlanıldığı həbsxanada özünü asaraq intihar edib. H.Abdulvahabovun qardaşı Sidek isə hazırda Bakıda cəza çəkir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qohumunu güllələyən 29 yaşlı şəxs saxlanıldı
Bakıda polis əməkdaşını qətlə yetirən şəxs tutuldu
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Qohumunu güllələyən 29 yaşlı şəxs saxlanıldı