2019-cu ildə Azərbaycanda tələbələrin təqaüdləri artırılacaq.
Oxu24.com xəbər verir ki, bunun üçün dövlət büdcəsində 189,5 milyon manat vəsait nəzərdə tutulub.
Büdcə zərfinə görə, gələn il ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdlərinin, Milli Elmlər Akademiyasının magistrantlarının və doktorantlarının təqaüdü, ali məktəb tələbələri üçün Prezident təqaüdü, Prezidentin fərdi təqaüdü və fəxri adlara görə təqaüdün məbləği yüksələcək.
Qeyd edək ki, gələn ilin dövlət büdcəsindən təhsil xərclərinə 2018-ci ilə nisbətən 230,6 milyon manat çox, yəni 2 milyard 274 milyon manat vəsait nəzərdə tutulub.
Oxu24.com
ŞƏRHLƏR