Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6465
az

Gözü çıxarıldı, 20 yerdən deşik açıldı - Leninin mumyalanması ilə bağlı ŞOK FAKTLAR +VİDEO

16:1926 Oktyabr, 2018
1144
CƏMİYYƏT
  • A
Dünya siyasətçilərinin həyatı, siyasəti gəlişi,hətta ölümü də böyük marağa səbəb olur.

 Femida.az Vladimir İliç Lenin həyatı ilə bağlı maraqlı faktları təqdim edir:

1924-cü ilin 21 yanvar tarixində Vladimir İliç Lenin vəfat etdi. Lenin 1917-ci ildə hakimiyyəti ələ keçirən və amansız vətəndaş müharibəsi illərində onu əlində saxlayan bolşeviklər partiyasının lideridir.

İliç ömrünün son illərini ağır xəstə olub. 1923-cü ilin yaz aylarından demək olar ki, artıq işləyə bilmirdi. Onun vəziyyəti o qədər pis idi ki, faktiki olaraq tamamilə iş bacarığını itirmişdi.

Ölümdən sonra dünya proletariatının liderini tamamilə qeyri-adi tale gözləyirdi. Lenini dəfn etmədilər. Meyitini xüsusi mavzoleydə nümayişə qoydular. Lenin heç vaxt mumyalanmasını istəməyib. Onun dul arvadı da rəhbərin ölümündən sonra bu məsələnin əleyhinə çıxır. Bir çox yüksək rütbəli bolşevik də mumyalanma söhbətini qəbul etmir.

Ölümü

1923-cü ilin payızında Leninin vəziyyəti çox pisləşir. Siyasi Büronun iclasında İliçin ölümdən sonrakı taleyi müzakirə edilir. Stalin təklif edir ki, Lenini dəfn etməsinlər. Əyalətdəki yoldaşların xahişini nəzərə alaraq onun meyitini gələcək nəsillərə nümayiş etdirmək üçün saxlamaq lazımdır.

Bu təklif Siyasi Büronun bir çox üzvü arasında ciddi müzakirələrə səbəb oldu. Birincisi, bu vəhşilik idi. Çünki bolşeviklər marksist idilər və heç bir dinə inanmırdılar. Niyə yeni bir kult yaratmalı idilər ki? İkincisi, Leninin heç vaxt belə bir istəyi olmamışdı və yəqin ki, belə bir ideyaya kəskin yanaşardı. Üçüncüsü, Lenin bütün dinləri inkar edirdi, bu təklif isə İliçdən kult düzəltmək demək idi. Siyasi büronun böyük əksəriyyəti: Kamenev, Trotski, Zinovyev və Buxarin bu təklifin əleyhinə çıxış etdilər. Onlar bu ideyanı sərsəm fikir adlandırdılar.

Stalinin təklifini dəstəkləyənlər az idi və Leninin ölümünə qədər bu mövzuya toxunmadılar. 1924-cü ilin 21 yanvar tarixində Lenin vəfat etdi. Dzerjinskinin rəhbərlik etdiyi Dövlət dəfn komissiyası yaradıldı. Ölkənin bütün vilayətlərindən nümayəndə heyətləri Leninlə vidalaşmağa yollandı. Hətta xarici ölkələrin kommunist partiya və hərəkatları öz təmsilçilərini Moskvaya ezam etdilər

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölənlər gəlinin bibiləri imiş -Toy təxirə salındı / FOTO
Ər 18 yaşlı həyat yoldaşını qətlə yetirdi
Ürək üçün ən faydalı 5 QİDA -Birlikdə istehlak edilsə...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı