Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6454
az

Aprel savaşı zamanı ermənilər bunu ediblər ki... - Rus deputat GİZLİNLƏRİ AÇDI

12:0826 Oktyabr, 2018
2303
HƏRBİ
  • A
 2016-cı il aprel hadisələri zamanı ABŞ və Avropa ölkələrindəki erməni lobbisi həmin hadisələrin mahiyyətini təhrif edərək Qərb ictimaiyyətinə yalan məlumatlar çatdırdı.

Oxu24.com  trend.az-a istinadən xəbər verir ki, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada Rusiya Dövlət Dumasının deputat Dmitri Savelyev deyib.

D.Savelyev bildirib ki, Azərbaycanın işğal olunuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələri televiziyalarda çıxışlarında və brifinqlərdə Qərb KİV-lərinin jurnalistlərinin suallarına cavab verərək aprel hadisələri ilə bağlı öz versiyalarını çatdırıblar, müvafiq telekanallar isə onlara peyk vasitəsilə azad çıxış imkanı təqdim edib.

Dumanın deputatı vurğulayıb ki, bununla belə, Azərbaycan bu istiqamətdə ciddi iş aparıb, nəticədə ictimai rəyi öz tərəfinə çəkə bilib və tədrcən Qərb mətbuatı həmin hadisələrin adekvat görüntüsü yaranıb.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olan hərbi qulluqçunun FOTOSU
Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU
Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu - Fotolar

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Azərbaycanda 15 yaşlı qız intihar etdi