Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6453
az

Həm oğlandı, həm qız – Bakıda qarışıq cinsiyyətli uşaq doğuldu (18+VİDEO)

11:3426 Oktyabr, 2018
1725
CƏMİYYƏT
  • A
 
Azərbaycanda daha bir qarışıq cinsiyyətli uşaq doğulub.

Uşaq cərrahı Toğrul Ömərov 8 aylıq oğlan uşağını tamam başqa şikayətlərlə qəbul etsə də, əməliyyat öncəsi müayinədə hər kəsi şoka salan maraqlı patologiya aşkarlanıb.

Oxu24.com  xəbər verir ki, ailə uşağı sağ tərəfdə 2,  sol tərəfdə isə qasıqda batıq bir xaya olması və Kriptorxizm diaqnozu ilə cərraha gətirib.  Uşağın 3 xayası var: ikisi bir kisəsinin içindədir.  Bundan öncə valideynlərə məsləhət görüblər ki, əməliyyatla xayanın biri çıxarılsın. Elə əməliyyat üçün tanınmış uşaq cərrahının yanına gələn valideynlər gözləmədikləri faktla üz-üzə qalıblar.
 

"Biz laporoskopik diaqnostika ilə xayalar olan kisəyə baxdıq. Orda çox maraqlı vəziyyət gördük: orda uşaqlıq, yumurtalıqlar, uşaqlıq yolu, borular yerləşirdi. Yanında toxum ciyəsi də var idi. Digər tək xayada da yumurtalığa, uşaqlığa oxşar orqanlar və toxum ciyəsi aşkarladıq” – deyə Toğrul Ömərov bildirib.
"Çox qarışıq cinsiyyət idi. Əvvəldən heç bir diaqnoz qoyulmamışdı, ayrı yerdə USM də olunmuş, cavablarda bunlar xaya olaraq görülmüşdü. Xaricdən baxanda da fərqləndirmək olmur.  

Biz hələ ki, o kisəni kəsib, biopsiya materialı götürüb, histoloji analizə göndərdik. Analizdə məlum olacaq ki, orda oğlan uşağının xaya toxumu üstünlük təşkil edir, yoxsa yumurtalıq materialı?

İkinci növbədə xromosom analizi verdik. Ordan da məlum olacaq ki, bu uşaq daha çox hansı cinsə məxsusdur.

Analizlərin dəqiq cavabından sonra həkimlər konsilium edəcək, valideynlərlə birgə məsləhətləşib qərar verəcək.  Əgər qadın cinsiyyəti genetik sübut olunsa, o zaman kisədə olan qadın cinsiyyət orqanları əməliyyatla daxilə, öz yerinə salınacaq. Digər xaya götürüləcək, çünki orda toxum ciyəsi demək olar ki,  yoxdur.

Valideynlərin notarial razılığı ilə uşağın gələcək perspektivinə uyğun əməliyyat olacaq. Əgər gələcəkdə qadın kimi inkişaf edəcəksə, ana da olacaqsa o zaman o qız uşağı kimi böyüdüləcək”.

Uşağın müayinə videolarını təqdim edirik:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Marketlərdə su qiymətinə satılan farşın TƏRKİBİ: Toyuq ayağı, qığırdaq, iç piylər...
Professor izah etdi: Qəhvə içənlərin bədənlərində 8 dəfə çoxdur
Hansı kərə yağını almaq daha yaxşıdır: 72, yaxud 82 faizli - fərq nədir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı