Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64464
az

Omikron dalğası nə vaxt səngiyəcək? - Virusoloqdan AÇIQLAMA

22:5928 Yanvar, 2022
260
CƏMİYYƏT
  • A

COVID-19-a yoluxma halları artmaqdadır. Lakin yaxın gələcəkdə dalğa azalacaq, belə bir proqnozu virusoloq Pyotr Çumakov verib.

"Omikron ştamı çox yoluxucudur və sürətlə yayılır, lakin onun yaratdığı COVID-19 dalğası yüksələn kimi tez də azalacaq".

OXU24.COM xəbər verir ki, ekspertin fikrincə, Rusiyada dalğa çox güman ki, fevralın 10-dan sonra azalmağa başlayacaq.

Virusoloq bildirib ki, koronavirusun Omikron variantı ilə yoluxma çox vaxt COVID-19 simptomları ilə nəticələnmir: "İndi insanların çoxu asemptomatikdir, yəni yoluxduqlarını belə bilmirlər, çünki bu ştam çox aşağı patogendir, adətən insanın hiss edə bilməyəcəyi yüngül, soyuqdəyməyə bənzər bir xəstəliyə səbəb olur".

Ekspert hesab edir ki, bir çox Omikron daşıyıcılarında COVID-19 simptomları olmadığından və tibbi yardıma müraciət edilmədiyindən, hazırda gördüyümüz insidentlərin artması əslində statistikanın göstərdiyindən qat-qat çoxdur.

O, əlavə edib ki, Omikrona yoluxmuş insanların böyük bir hissəsi COVID-19-a qarşı immunitet qazanacaq, buna görə də bu xəstəliyin növbəti dalğası narahatlıq yaratmayacaq. /medicina.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək
Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR