Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6443
az

Ümümdünya həyəcan siqnalı Azərbaycanda təlaşla qarşılanmır

22:4325 Oktyabr, 2018
951
CƏMİYYƏT
  • A
Azərbaycanda istehsal edilən xörək duzunun tərkibində plastik qatqı yoxdur.

Oxu24.com Sputnik Azərbaycan-a istinadən bildirir ki, yerli duz istehsalçıları son vaxtlar istifadə etdiyimiz duzun tərkibi ilə bağlı səslənən ittihamlara cavab verərkən belə deyiblər.

Dünyanın hər yerində alimlər müntəzəm olaraq xörək duzunun tərkibində plastik hissəciklər aşkarlayırlar. Analoji tədqiqatı İnçxon Milli Universitetinin tədqiqat qrupu aparıb. Onlar planetimizin müxtəlif guşələrində istehsalçıların istehsal etdiyi xörək duzundən 39 nümunə götürüblər. Ekspertiza 36 nümunədə plastik hissəciklər aşkarlayıb. Ən çox plastik dəniz duzunun tərkibində tapılıb.

İndoneziya istehsalı olan duzun tərkibində anormal dərəcədə yüksək miqdarda mikroplastik hissəciklər var. Ekspertlər qeyd ediblər ki, Asiya plastiklərlə ən çox çirklənmiş regiondur. Bunu xörək duzunun ekspertizası təsdiqləyir.

Azərbaycan da plastik tullantılarla həddindən artıq çirklənmədə istisna təşkil eləmir. Ölkənin bütün şəhər və rayonlarında dünyaca məşhur olan istehsalçıların istehsal etdiyi içkilərin plastik qablarının tullantılarına rast gəlmək mümkündür.

Artıq plastiklərin təbiətdə 100 ildən artıq qaldığı sübuta yetirilib. Əgər diqqəti o fakta yönəltsək ki, Bakıda əsas duz yatağı Masazır gölüdür, onda Azərbaycanda da xörək duzunun tərkibinin plastik hissəciklərdən xali olmadığı qənaətinə gələrik. Bu gölün ətrafında uzun illər ərzində insanların yaşadığını nəzərə alsaq, oranın ərazisinin məişət tullantıları və kanalizasiya çirkabı ilə çirkləndirildiyi heç kəsə sirr deyil.

Bir neçə il əvvəl bu göl nəhayət ki, çəpərlənib. Həmin yataqda "Azersun Holding"-in duz emalı zavodu tikilib. Şirkətin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərovun Sputnik Azərbaycan-a açıqlamasına görə, onların emal etdiyi duzun tərkibində plastik hissəciklər ola bilməz.

"Çünki xammal hərtərəfli təmizlənmə prosedurundan keçir. Bizim zavodda duz əvvəlcə suda həll edilir, sonra hovuzlara tökülür və bundan sonra su buxarlandırılır. Bu yolla duz 99,9% təmizlənir" - deyə Səfərov bildirib.

"Əgər söhbət duz şaxtalarından çıxarılmış duzdan gedirsə, onda hansısa plastik tullantılardan danışa bilərik. Lakin, natrium xlor buxarlanma yolu ilə alındığından, bu ehtimal sıfıra bərabərdir. Bundan əlavə, fabrikimiz ən son texnologiya ilə təchiz olunub" - deyə şirkətin əməkdaşı bildirib.

Bununla yanaşı, Azərbaycanda kirli duz problemini uzun illərdir hüquq müdafiəçisi, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qaldırır. O, məhz Masazır gölündən alınan duzun təmiz olduğunu, lakin bunu başqa duz yataqları barədə deməyin mümkün olmadığını bildirir.

Hüseynovun sözlərinə görə, duz yataqları yerin dərin qatlarındadır və yeraltı axınlar vasitəsilə duz yuyularaq yerin səthinə çıxır. Üstəlik gölün suyunun çirklənmiş dəniz suyu ilə heç bir əlaqəsi yoxdur.

Azərbaycanda duzun keyfiyyəti barədə danışarkən, Qida Təhlükəsizliyi Agentliyinin rolunu kölgədə qoymaq düzgün olmazdı. Agentlik bizə yaxın zamanlarda ölkədə satılan duzla bağlı ətraflı məlumatları təqdim etməyə söz verib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Marketlərdə su qiymətinə satılan farşın TƏRKİBİ: Toyuq ayağı, qığırdaq, iç piylər...
Professor izah etdi: Qəhvə içənlərin bədənlərində 8 dəfə çoxdur
Hansı kərə yağını almaq daha yaxşıdır: 72, yaxud 82 faizli - fərq nədir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı