Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb.
Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb, Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, həmçinin sülhməramlılarımızın müxtəlif missiyalarda iştirakı, o cümlədən beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinə verdiyi töhfə yüksək qiymətləndirilib. Oxu24.com
ŞƏRHLƏR