Rusiyanın Soçi şəhəri leysan yağışlarından sonra blokadaya düşüb.
Oxu24.com xəbər verir ki, güclü yağıntılar şəhərdə və ətraf rayonlarda həyatı iflic edib.
Tuapse-Lazrevsk rayonları arasındakı körpü dağılıb, yağışlarla əlaqədar Soçidə, Тuapse və Apşeron rayonlarında fövqəladə vəziyyət elan edilib. Ümumilikdə hər üç yaşayış bölgəsində 1662 ev qazsız, 2720 ev isə elektrik enerjisiz qalıb.
Fəlakətin nəticələrinin aradan qaldırılmasına 700-dən çox insan və 150 ədəd texnika cəlb edilib.
***
Güclü leysan yağışları nəticəsində Rusiyanın Soçi şəhərində həyat iflic olub.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Soçinin yerləşdiyi Krasnodar vilayətində 2 minə qədər ev dağılıb.
Təbii fəlakət nəticəsində iki nəfər həlak olub, daha biri itkin düşüb. Regionda ən yaxın iki gündə tufan xəbərdarlığı verilib. Soçinin Lazarev rayonunda Makopse çayı üzərindəki körpü uçub.
Oxu24.com
ŞƏRHLƏR