Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6440
az

Sizdə bu xüsusiyyətlər VARSA... - Xoşbəxtliyə aparacaq 7 ƏLAMƏT

21:0025 Oktyabr, 2018
994
CƏMİYYƏT
  • A
Yeni dövrün "Cazibə qanunu" adlı konsepsiyasında deyilir ki, siz dünyaya verdiyiniz enerjini özünüzə cəlb edə bilərsiniz. Enerjinizi hansı fikirlə ötürdüyünüzdən asılı olaraq onlar həyatınıza təsir edir, çünki siz onu təhtəlşüurda yaratmısınız.
İqtibaslar: “Siz nə düşünürsünüzsə, o həqiqətən də baş verir". Cazibə qanunu bu fikri bir daha təsdiqləyir. Həyatınızda nəyisə göstərmək üçün siz ilk növbədə onu düşüncə vasitəsilə şüura ötürməlisiniz. Onlar əvvəlcə xəyallara, sonra isə hərəkətə çevrilir.
Beləliklə, əgər siz mənfi düşüncələrə və ya insanlara diqqət yetirsəniz, özünüzə daha çox mənfi enerji cəlb edəcəksiniz. Yaxud da əksinə, diqqəti həyatınızın müsbət istiqamətlərinə yönəltsəniz, özünüzü yaxşı hiss edəcək və gələcəkdə bunun effektini görə biləcəksiniz.
Cazibə hüququ son illərdə “Secret” adlı kitabın və onun əsasında ekranlaşdırılan film sayəsində məşhurlaşıb. Film ən gizli və universal həqiqətlərdən birinə işıq tutmasına baxmayaraq, o, nəyin həqiqətən də insanlar üçün faydalı olacağını necə anlaya bilməsi barədə sualları qaldırdı.
Bu konsepsiya bir çox insanları çaşdırır, amma burada bəzi əlamətlər var ki, onlar sizə doğru yolda olduğunuzu və istədiyiniz reallığı göstərir.
Oxu24.com xarici mətbuata istinadən oxucuları cazibə qanununun 7 əlaməti ilə tanış edib.
1. Hər şeyi ən qısa zamanda tapa bilərsiniz.
Həyatınızda nələrə ehtiyacınız olduğuna diqqət yetirərkən, istədiyiniz şeylərin çoxu sizin qarşınızda görünməyə başlayır. Əgər işlərin qaydasında getmədiyini sizə pıçıldayan mənfi səsi başınızdan çıxarıb bütün diqqəti müsbətə yönəldə bilmisinizsə, deməli, cazibə qanunun ən mühüm tərkib hissələrindən birini artıq öyrənmisiniz.
Öz həyatınızda görmək istədiyiniz fikri daim diqqət mərkəzində saxlasanız, çox güman ki, onlar daha tez reallığa çevriləcək. Sizin üçün hər şey öz yerinə düşəcək və bundan daha doğrusu ola bilməzdi. Siz sahib olduqlarınız üçün minnətdar olmağı öyrənmisiniz və kainat təşəkkür əlaməti olaraq sizə daha çoxunu göndərir.
2. Dəyişikliklərə hazırsınız
"Sən nəyə müqavimət göstərirsənsə, o inad edir”.
Bir insan və ya təcrübə ilə aranızda nə qədər qalın divar hörsəniz, onunla hər dəfə üzləşməli olacaqsınız. Odur ki, çətinliklər və qorxularınızla üzləşməyi öyrənin. Biz hamımız Yer kürəsinə yüksək mənimizlə əlaqə yaratmaq üçün gəlmişik. Öz potensialımızı tamamilə reallaşdırmaq üçün köhnə təfəkkür proseslərindən və vərdişlərdən imtina etmək lazım gəlir. Siz ümumi axınla getməyi və baş verəcək hər şeyi qəbul etməyi öyrənmisiniz. Siz bütün dəyişikliklərin bütün aspektlərini qəbul edirsiniz: zəiflik, qorxu, qeyri-müəyyənlik. Bundan dolayı böyümənizi və öyrənməyinizi davam etdirmək üçün kainat sizə lazım olanları daha asanlıqla göndərə bilər.
Sizi motivasiya edən bu fikri yadda saxlayın: "Yalnız çox uzağa getməyə risk edənlər nə qədər irəli gedə biləcəyini anlaya bilirlər" – T.S.Eliot
3. Bu günlə yaşayırsınız
Bütün həyat boyunca bizi aldadırlar, bizə yalnız gələcək məsələlərin önəmi haqqında danışır və bu anın dəyərinin olmadığını söyləyirlər. Əgər həyatınızın doğru istiqamətdə getdiyini görürsünüzsə, deməli, gələcəyi düşünmək əvəzinə bütün diqqətinizi bu günə yönəltməyi öyrənmisiniz. Bütün diqqəti həyatın hər anında qarşınıza çıxardığı sınaqlara və onun nəticələrinə yönəltmək lazımdır.
Siz istənilən vaxt, xüsusilə özünüzü narahat hiss etdiyiniz və ya gələcək haqqında çox fikirləşdiyiniz zaman diqqətinizi "indi"yə yönləndirməyi öyrənmisiniz.
4. Kainatın sizə ötürdüyü mesajlardan qorxmayın!
Vacib deyil ki, mələklərə, imamlara, ruhlara inanır və ya inanmırsınız. Sadəcə kainatın ötürdüyü fikirlə yaşamaq sizin üçün rahatdır və bilirsiniz ki, bunun üçün nə etmək lazımdır. Əgər həyatınızda sizi nə isə qane etmirsə, siz bu yolda rəhbərlik etmək istəyirsiniz. Mənəvi aləmin dərinliklərinə dalarkən, yaxud da sadəcə özünüzlə və ya mələklərə söhbət edərkən unikal yolunuz sizin üçün daha da aydın olacaq.
5. Həyatınızda müsbət enerjini daha çox hiss edirsiniz
Bir zamanlar qəlbinizdə hiss etdiyiniz bütün neqativ və ağırların əriyib yoxa çıxdığını müşahidə edirsiniz. Sizi narahat edən problemlər artıq əhəmiyyətsiz görünür. Özünüzü xoşbəxt və həyatın bütün sınaqlarına hazır hiss edirsiniz. Artıq sizin səhər yuxudan oyananda hər şeyi qaydaya salmaq üçün kifayət qədər gücünüz var.
Bilirsiniz ki, kainat geri dönmək məcburiyyətindədir, buna görə gələcək üçün narahat olmağa gərək yoxdur. Odur ki, mənfi emosiyaların həyatınıza hakim olmasına icazə verməyin.
6. Siz bu dünyanı hiss edirsiniz
Ətrafınızda baş verənlərdən asılı olmayaraq, özünüzü sakit hiss edir və həyatdakı yerinizdən razısınız. Kənar məsələlərin sizi narahat etməsinə icazə vermirsiniz. Bu səbəbdən də sizin daxili dünyanızda həmişə rahatlıq hökm sürür. Nəhayət ki, həyatda axtardığınız tarazlığı tapmısınız və özünüzü olduğu kimi hiss edirsiniz. Ətrafınızda nə baş verdiyindən xəbəriniz yoxdur, çünki özünüzlə və həyatınızın yaxşıya doğru dəyişməsinə kömək edən kainatla güclü əlaqə qura bilirsiniz.
Nəhayət ki, “Həyat gözəldir” ifadəsini ürəkdən deyib özünüzə aid edə bilirsiniz.
7. Bütün yaxşı şeylər sizinlə qalır
Yüksək məninizə daxil olduğunuzda bu dünyaya nəyəsə nail olmaq üçün gəldiyinizi anlayırsınız və onda həyat daha asan görünməyə başlayır. Doğru insanlarla doğru zamanda qarşılaşırsınız, mənəviyyatınızı zənginləşdirən və inkişaf etməyə imkan verən yerlərə yollanırsınız. Siz həm fiziki, həm də mənəvi baxımdan daha sağlam olursunuz, maliyyə durumunuz yaxşılaşır və s. Doğru yol maneəsiz olmasa da, dərk etməyə başlayırsınız, bütün yaxşı şeylər pisi üstələyir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Marketlərdə su qiymətinə satılan farşın TƏRKİBİ: Toyuq ayağı, qığırdaq, iç piylər...
Professor izah etdi: Qəhvə içənlərin bədənlərində 8 dəfə çoxdur
Hansı kərə yağını almaq daha yaxşıdır: 72, yaxud 82 faizli - fərq nədir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bakıda mənzildən çürümüş        meyit     tapıldı