Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64364
az

Maqsud Mahmudov Afət Fərmanqızını videolarla şantaj edib

20:0826 Yanvar, 2022
202
ŞOU-BİZNES
  • A

Ukraynada tutularaq, Azərbaycana ekstradisiya olunan, dələduzluqda ittiham edilən iş adamı Maqsud Mahmudovun əməllərindən zərər çəkən 90 nəfərin içərisində tanınmış şəxslər də var.

Oxu24.com  xəbər verir ki, onlar arasında müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmli də var.

A.Fərmanqızı saytımıza açıqlamasında bildirib ki, illər öncə Maqsud Mahmudov onu hədələyərək pul verməsini tələb edib:

"Pul vermədiyim üçün məni şantaj etməyə başladı. Haqqımda pis-pis iftiralar, montaj olunmuş videolar yayırdı. Mən də məcbur olub dövlət qurumlarına müraciət etdim”.

Müğənni Vasif Məhərrəmli isə məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib.

Daha bir zərərçəkən isə "E.Mİ-BAKU" MMC-nin rəhbəri Mələk Dəmirtaşdır. O, daha öncə Rusiya vətəndaşı Kseniya Kukova ilə aralarında yaranan 185 min manatlıq pul məsələsi ilə gündəmə gəlmişdi. Kukova mediaya müraciətində qeyd etmişdi ki, Mələk Dəmirtaş və onun əri Maqsudla birgə tədris mərkəzi biznesi ilə məşğul olublar. Biznesə yatırılan 185 min manatı daha sonra Dəmirtaşlar ondan geri tələb ediblər.

Qeyd edək ki, Maqsud Mahmudovun ittiham olunduğu cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinsə hakim Faiq Qəniyevin sədrliyi ilə proses keçirilir.

Külli miqdarda dələduzluq etmək ittihamı ilə axtarışa verilən Maqsud Mahmudov hazırda Cinayət Məcəlləsinin 183.2.2-ci (Xüsusi dəyəri olan əşyaları talama; təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hüsniyə Məhərrəmli:
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
Məşhur aktyor vəfat etdi - FOTO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü