Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6435
az

Xərçəng xəstəliyinə qalib gəlmiş azərbaycanlı məşhurlar - SİYAHI

18:3025 Oktyabr, 2018
898
ŞOU-BİZNES
  • A
 Xərçəng xəstəliyinə qalib gələn dünya şöhrətli məşhurlar barədə tez-tez eşidirik. Bunlardan Ben Stillerin, Maykl Duqlasın, Robert De Nironun, Kalli Minokun, Ancelina Colinin, Türkiyəli ifaçı Yıldız Tilbenin adını tez-tez eşidirik. Həm onların özləri, həm də doktorları bu xəstəliklə mübarizədə düzgün diaqnoz, müalicə ilə yanaşı, insan iradəsinin də böyük rol oynadığını bildirirlər.
Bü gün isə sevilən aktyor, Əməkdar artist Coşqun Rəhimovun xərçəng xəstəliyinə qalib gəlməsi barədə saytlarda məlumat yayılıb. "Zaurla Günaydın" verilişində qonaq olan aktyor hazırda səhhətinin yaxşı olduğunu bildirib: "Robot, dəmir deyilik axı. Hər bir orqan kimi xəstəliklər də fərqli olur. Allah heç kimə qismət etməsin. İndi xəstəlik tam bitib, nəzarət altındayam. Burda əməliyyat olundum. Öz həkimlərimizə daha çox inandım".
Bu xəbər əslində insanlara pozitiv bir mesajdır. Yeniavaz.com xatırladır ki, əslində xərçəng xəstəliyinə qalib gələn başqa azərbaycanlı məşhurlar da var. Onlar barədə məlumatları təqdim edirik. 
Xərçəng xəstəliyinə qalib gələnlərdən biri də tanınmış televiziya aparıcısı Zümrüd Qasımovadır: "Mən 6 il öncə xərçəng xəstəsi olmuşam. İndi canım sağlamdır. Yaşamaq istəyirəm. Hər birinizə can sağlığı diləyirəm. Həyat bizə bir dəfə verilir. Özünüzdən muğayat olun".
 Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi işləmiş Rəbiyyə Zərdabi: "Mən xərçəngə qalib gəlmiş qadınam. Uzun illər bu xəstəliklə mübarizə aparmışam, ruhdan düşməmişəm".
 Azərbaycanın əməkdar artisti Kübra Əliyeva uzun illər xərçəng xəstəliyindən əziyyət çəkib. Süd vəzi xərçəngindən ağır əməliyyatlar keçirən Kübra Əliyeva indi özünü çox yaxşı hiss edir. Aktrisa xəstəliyinin ilk vaxtlarında müalicəsi üçün saçlarını qırxdırmağa məcbur olmuşdu. Olduqca iradəli bir insan təsiri bağışlayan K. Əliyeva müalicələrini davam etdirit, gəzir, çəkilişlərə gedir. Xərçəng xəstəliyinə qalib gələn bir azərbaycanlı məşhur sevilən aktrisa, əməkdar artist Hicran Nəsirovadır. H. Nəsirova süd vəzisi xərçəngindən əziyyət çəkib. İllər öncə aktrisa Moskvada ağır əməliyyat keçirib. Hazırda özünü çox yaxşı hiss edir, səhnə fəaliyyətini davam etdirir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qızı ilə VİDEO paylaşdı, təriflər yağdı
"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı