Dünyada xüsusilə ağır cinayətlər törətmiş şəxslərin saxlanıldığı bir sıra həbsxanalar mövcuddur. Bu tip həbsxanadan Azərbaycanda da var. Qobustan qapalı həbsxanası xüsusi ağır cinayətlər törədən cinayətkarların saxlanıldığı yerdir. Burada nəzarət və rejim digər həbsxanalardan xeyli fərlənir.
Dünyanın ən qorxunc həbsxanalarından biri Rusiya Federasiyası ərazisində yerləşən "Qara Delfin" dir. Bura ciddi rejimi və vahiməli üsulu ilə digər həbsxanalardan çox fərqlidir.
Qalanın həbsxanaya çevrildiyi tarix...
"Qara Delfin" həbsxanası əvvəllər qala olub.1756-cı ildə Elizaveta Petrovnanın fərmanı ilə tikilib.Orada əvvəlcə xüsusi cinayət törədən şəxslərin cəzalandırılması və dəhşətli işgəncələrlə öldürülməsindən istifadə olunurdu. 1824-cü ildə qala söküldü və yerində həbsxana tikildi. Oktyabr inqilabına qədər həbsxanadan "etap" ötürülən şəxslərin saxlanıldığı yer kimi istifadə olunurdu. Daha sonra əsirlərin sürgünə göndərildiyi düşərgə və müharibə zamanı əsir düşmüş şəxslərin saxlanıldığı həbsxana kimi istifadə olunmağa başlanıldı. 2006-cı ildən etibarən həbsxanaya nəzarət daha da gücləndirildi. Bura indi ömürlük həbs cəzası almış məhkumların saxlanıldığı xüsusi rejimli islahedici koloniyadır.
"Qara delfin" in qorxunc sakinləri...Adamyeyənlər,terrorçular...
Burada aralarında adamyeyənlər, qatillər, qanlı terrorçular və digər təhlükəli canilərin də olduğu dünyanın ən qorxulu 700 məhkumu saxlanılır. İçərisində dustaxlardan çox gözətçinin olduğu bu həbsxana girişində məhkumlar tərəfindən inşa edilən delfin heykəlinə görə elə, "Qara delfin” adlandırılır. Rusiyaya məxsus bu həbsxana Qazaxıstanla sərhəddə yerləşir. Buradakı məhkumların, təxminən 3500 adamın ölümünə səbəb olduqları bildirilir. Bu da hər məhbusun ən az beş cinayət törətməsi deməkdir.
Dünyanın ən qorxunc həbsxanasının qaydaları: Danışmaq, mahnı oxumaq, siqaret çəkmək olmaz!
Bu həbsxananın özünəməxsus qaydaları var. Bu qaydalara əməl etmək hər bir məhkumdan tələb olunur və məcburidir. Məhkum yüksək səslə danışa, mahnı oxuya və siqaret çəkə bilməz. Gündə yalnız yarım saat radioya qulaq asa bilər.
Məhkumlar gündə yalnız bircə dəfə öz kameralarından çıxaraq 90 dəqiqəlik gündəlik məşq hərəkətləri üçün bir az daha böyük kameraya aparılırlar. Bu isə belləri bükük və əlləri yuxarıdan qandallanmış halda, ən az 3 gözətçinin nəzarəti ilə həyata keçirilir.
Məhbusların bağça gəzintisi də eyni ilə belləri bükülmüş halda və ən az 3 gözətçinin nəzarəti ilə edilir.
Hücrələrdə 24 nəazrət kamerası davamlı nəzarət altında olan məhkumların günboyu oturmaqlarına, ya da yatmalarına icazə yoxdur. Yalnız icazə verilən vaxtda yatmaq olar. Həbsxanada yeməkxana yoxdur. Onlara yeməklər gündə 4 dəfə kameralarına gətirilir.
Həbsxanadan indiyədək kimsə qaça bilməyib, heç buna cəhdlər də olmayıb. Ömürlük həbs cəzası alan bu cinayətkarlardan indiyədək azadlığa çıxan da olmayıb.
Bu həbsxanada məhkumlar ancaq işıqda yatır...
Bir həbsxana kamerası 5-10 kvadrat metrdir. Bir kamerada 2-4 məhkum yatır.Adamyeyənlər və manyaklar tək adamlıq kameralarda cəzasını çəkir. Xüsusilə təhlükəli cinayətkarlar "stəkan" adlandırılan dar qəfəsə salınır. Həmin kameralarda bütün günü, hətta gecələrdə işıq yanır. Məhkumların qaranlıqda yatması qadağandır.
Oxu24.com
Oxu24.com
ŞƏRHLƏR