Qərb informasiya məkanını bir sıra böyük təxribatlar, o cümlədən hərbi təxribatlar üçün hazırlamağa çalışır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, bir sıra böyük təxribatlara hazırlıq gedir:
“Bunun üçün ictimai şüur formalaşdırılır, ictimai rəy hazırlanır. Kollektiv Qərb, NATO, anqlo-saksonlar üçün bu, son dərəcə vacibdir - informasiya sahəsi yaratmaq, onsuz onlar fəaliyyət göstərə bilməzlər”.
"Niyə belə edirlər? Biz gələcəkdə genişmiqyaslı informasiya manipulyasiyalarını və təxribatları istisna etmirik, digər məsələlərlə yanaşı, hərbi təxribatları da istisna etmirik", - diplomat əlavə edib.
Oxu24.com
ŞƏRHLƏR