Səudiyyə Ərəbistanı taxtının vəliəhdi şahzadə Məhəmməd bin Salman C.Qaşıqçı cinayəti ilə bağlı açıqlama edib.
Milli.Az xəbər verir ki, Selman "Türkiyə ilə münasibətlərimizi poza bilməyəcəksiniz" deyib.
Şahzadənin müraciətinin tam mətni:
"Mən burada bütün ortalığı qarışdırmağa çalışanlara səslənmək istəyirəm. Türkiyə ilə münasibətlərimizi poza bilməyəcəksiniz. Salman bin Əbdüləzizin adını ləkələyə bilməyəcəksiniz. Vəliəhdin də adını ləkələyə bilməyəcəksiniz.
Türkiyədə bir prezident var - Ərdoğan. Onun adını da kirlədə bilməyəcəksiniz. Sizin istədiyiniz əsla olmayacaq. İki ölkə arasındakı gözəl münasibətləri göstərəcəyik. Bütün dünyaya qatillərin cəzalandırılacağını göstərəcəyik".
Oxu24.com
ŞƏRHLƏR