Sumqayıt şəhərində iki nəfərin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu24.com "report"-a istinadən bildirir ki, yerli sakinlər - 1977-ci il təvəllüdlü Zeynalova Sevil Habil qızı və onun 20 yaşlı qızı Səbinə Zeynalova şəhərin 13-cü mikrorayonu ərazisində yolu keçərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub.
Yaralılar dərhal "təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb. Ana və balanın vəziyyəti ağır olduğundan , onlar Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər. Sürücü hadisə yerindən qaçsa da, sonradan polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb
Faktla bağlı araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR