Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
640
az

Bakının dollar bazarında canlanma: Dolların qalxacağı xəbərini kimlər yayır?

00:4615 Aprel, 2018
1606
İQTİSADİYYAT
  • A
 Kommersiya bankları dollar alışını artırıb. Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata görə banklar fevral ayında əhaliyə satdığı dollardan 71.272 milyon dollar çox alıb ki, bu da əvvəlki ayla müqayisədə 2 dəfə çoxdur. Hesabata əsasən, fevral ayında banklar əhalidən 222,427 milyon dollar alıb, əhaliyə  isə 151,155 milyon nağd dollar satıb. Qeyd edək ki, hesabat nağd şəkildə aparılan əməliyyatlara aid edilir.

Maraqlıdır, əhali dollar satışına maraq göstərir, yoxsa banklar yenidən dollar yığmağa başlayıb?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə şərhində bankların dollar alışında yaranan müsbət saldonu ölkəyə gələn turistlərin çoxluğu ilə əlaqələndirdi. N.Cəfərli deyib ki, bu özlüyündə müsbət haldır: "Bu məsələdə bir qeyri-dəqiqlik var. Söhbət təkcə Azərbaycan əhalisindən getmir, həm də ölkəyə fiziki şəxs kimi gəlib valyutadəyişmə məntəqələrində pul xırdalayan əcnəbilərəndən gedir. Yəni, bu statistika sırf əhali ilə bağlı deyil. Son aylarda ölkəyə gələn turistlərin sayında kifayət qədər artım olub. Bu artımı biz də müşahidə edirik. Nəzərə alsaq ki, ölkəyə gələn turistlərin hamısı dollarla gəlir. Nəticədə də dolları dəyişərək manata çevirirlər və xərcləmələr həyata keçirirlər. Əhalidə isə manatın uzun zaman dollar qarşısında sabit olması milli valyutaya inamı yavaş-yavaş bərpa etməyə başlayıb. Müəyyən ödənişlər də artıq manat üzərindən həyata keçirilir. Məsələn, avtomobil, mənzil satışında artıq əsasən manat üzərindən qiymətləndirmə aparılır.

Digər tərəfdən, əhali əlində olan dollar ehtiyatlarını manata çevirərək, gündəlik ehtiyaclarını ödəyir. Çünki mənzil alanda bank vasitəsilə əməliyyat aparılır və bu da manat üzərindən həyata keçirilir. Mənzil alarkən alıcı vəsaiti depozit olaraq banka qoyur, sonra isə satıcı həmin pulu bankdan çəkir. Ona görə də bu əməliyyatların həcminin artması manata tələbatı artırıb. Amma bu, o demək deyil ki, manata inam tam bərpa olunub. Çünki hesabatda göstərilən rəqəmlər çox aşağı göstəricidir. Azərbaycan kimi 10 milyonluq ölkədə 70 milyon dollarlıq müsbət saldo çox aşağı göstərici hesab olunur.  Bu rəqəmsal olaraq böyük rəqəm deyil. Amma turistlərin sayının artması, daşınmaz əmlak, avtomobil satışının manat üzərindən aparılması bu prosesə müsbət təsir göstərir. 2016-2017-ci illərdə bu əməliyyatlar dollar üzərindən həyata keçirilirdi. Artıq indi manata inamın yavaş-yavaş bərpa olması və satışların manat üzərindən həyata keçirilməsi əhalinin dollar ehtiyatlarını satışa çıxarmasına səbəb olur”.

Natiq Cəfərli dollar alışında yaranan artımın digər bir səbəbini isə əhalinin gəlirlərinin azalmasında gördüyünü deyib: "Digər məsələ isə ondan ibarətdir ki, 2014-cü ildən başlayaraq əhali bütün ehtiyatlarını dollarda saxlayırdı. İndi əhalinin bir qismində gəlirlərin aşağı düşməsini nəzərə alsaq, artıq həmin valyuta ehtiyatlarından istifadə etməyə başlayıb. Bunun özü də bir göstəricidir. Ümumi olaraq satılan və alınan dollar arasında müsbət saldonun olması özü-özlüyündə pozitiv xəbərdir. Amma bunun dayanıqlı olub-olmaması yaxın aylarda bəlli olacaq.

Bu uzun zaman davam edə bilməz. Çünki yaxın aylarda valyutaya olan ehtiyac da artacaq. Yay mövsümü gəlir və Azərbaycan əhalisinin böyük hissəsi istirahət üçün xarici ölkəyə gedir. Xaricə getdikcə valyutaya olan tələblər də artacaq və nəticədə turistik səfər edənlər manatı dollara çevirib özüylə aparacaq. Mərkəzi Bankın bu məlumatları ilboyu təkarlanarsa, o, zaman müsbət bir tendensiyanın yarandığını demək mümkün olacaq”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə böyük təmir-bərpa işləri aparılacaq- Prezident açıqladı
Artımlar özəl sektoru da əhatə edəcək - Vüqar Bayramov
"Brent" markalı neft ucuzlaşdı

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı