Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən motoatıcı bölmələrin şəxsi heyəti poliqonda təlim atış çalışmalarını icra edib.
Müdafiə Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, hərbi qulluqçular avtomat, minaatan və qumbaraatanlardan müxtəlif məsafələrdə yerləşən hədəflərin vurulması üzrə tapşırıqları yerinə yetiriblər.
Oxu24.com
ŞƏRHLƏR