Moskvanın cənubunda əslən azərbaycanlı olan Cəfərov Məhəmməd Əlinin qətlə yetirilməsi barədə məlumat vermişdik.
Femida.az qətlin təfərrüatı ilə bağlı bir sıra maraqlı faktları əldə edib. Əslən Ağcabədi rayonundan olan Cəfərov Məhəmməd Əli bir neçə il bundan əvvəl Rusiya Federasıyasında həbs olunub. Həbsxanada olduğu müddətdə Balakən rayonundan olan şəxslə (istintaq getdiyi üçün adını açıqlamırıq) tanış olub. Təxminən 3 il əvvəl həbsxanadan çıxan Məhəmməd Əli Azərbaycana qayıdıb. Ailəsi, qohumları ilə görüşdükdən sonra yenidən Rusiya Federasiyasına qayıdıb.
Mənbənin saytımıza verdiyi məlumata görə, Cəfərov Məhəmməd Əli Moskvada kriminal aləmdə “Maqa Ağcabədili” kimi tanınıb. Moskvada bir sıra bazarlara nəzarəti məhz onun başçılıq etdiyi qrup həyata keçirirmiş.Moskvada həbsxanada yatdığı şəxslə yenidən münasibətləri yaranan "Maqa" bir müddət onunla bir evdə yaşayıb. Hadisə baş verən günü onlar içki məclisində olub. Aralarında yaranan mübahisə sonda həbsxana yoldaşlarından birinin ölümü, digərinin həbsi ilə yekunlaşıb.
Femida.az xəbər verir ki, Moskvada qətlə yetirilən azərbaycanlı kriminal avtoritetin meyiti dünən gecə Azərbaycana gətirilib. Hazırda Ağcabədi rayonunda "Maqa Ağcabədili" nin dəfni həyata keçirilir.
"Maqa" Ağcabədidə tanınmış bir nəslin nümayəndəsi olub. O, Xüsusi Təyinatlı Kəşfiyat Bölüyünün komandri olmuş Tofiq Cəfərovun əmisi oğludur. T.Cəfərov döyüşə 1989-cu ildə Şuşanın Turşsu deyilən kəndindən başlayıb. Atəşkəs elan olundan sonra ehtiyata buraxılıb. Ehtiyatda olan zabitdir, müharibə zamanı 2 dəfə yaralanıb, 2-ci qrup Qarabağ əlilidir. Ağcabədi rayon hərbi polisin rəisi olub.
Hadisə ilə bağlı saytımıza açıqlama verən Tofiq Cəfərov hazırda mərhumun dəfni ilə məşğul olduqlarını bildirib.
" Dünən gecə Məhəmməd Əlinin meyiti rayona gətirilib. Hadisəni törədən şəxs artıq tutulub. Rusiya polisi istintaq aparır", deyə T.Cəfərov bildirir.
Femida.az Ağcabədili kriminal avtoritetin qətlini əks etdirən videonu təqdim edir:
Oxu24.com
ŞƏRHLƏR