Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63906
az

BMT-nin Baş katibi dünyanı növbəti pandemiyaya hazırlaşmağa çağırıb

23:0617 Yanvar, 2022
169
CƏMİYYƏT
  • A

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş dünyanı növbəti pandemiyaya hazırlaşmağa və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nüfuzunu gücləndirməyə çağırıb.

AZƏRTAC RİA Novostiyə istinadən xəbər verir ki, o, həmçinin dünya dövlətlərini mövcud koronavirus pandemiyası ilə ədalətli və bərabər əsaslarla mübarizə aparmağa səsləyib.

A.Quterreş xatırladıb ki, ÜST daha əvvəl 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40 faizini, bu ilin ortasında isə 70 faizini peyvənd etməli olduğu strategiyanı açıqlayıb. "Biz bu məqsədlərdən uzağıq. Bu, utancvericidir, lakin yüksək gəlirli ölkələrdə peyvənd nisbətləri Afrika ölkələrindəkindən yeddi dəfə yüksəkdir. Hazırda vaksinlərin paylanmasında ədalətə ehtiyacımız var", - deyə BMT-nin Baş katibi bildirib.

O qeyd edib ki, bütün ölkələr və bütün istehsalçılar COVAX mexanizmi üçün peyvəndlərin tədarükünə üstünlük verməli və bütün dünyada yerli testlərin, peyvəndlərin, müalicə vasitələrinin istehsalını dəstəkləməlidirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İmişlidə evdə yanğın oldu
Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
DİN əməliyyat keçirdi - 20 nəfər saxlanıldı