“Oxu24.com” xəbər verir ki, 34 yaşlı repçi Con Mak-Myurrey klip çəkilişi zamanı həlak olub. O, çəkiliş vaxtı təyyarənin qanadından yıxılaraq yerə çırpılıb. Repçini xilas etmək mümkün olmayıb.
Süjet xəttinə əsasən, musiqiçi uçan təyyarənin qanadları üzərində hərəkət etməli imiş. Amma Con özünü saxlaya bilməyib və yıxılıb. O, bir müddət təyyarənin qanadından asılı qalıb. Amma sonradan yıxılıb. Musiqiçinin meneceri bildirib ki, Conun paraşütü olub. Amma məsafə yerə çox yaxın olduğu üçün paraşütü aça bilməyib.
Mak Myurrey aldığı xəsarətlərdən hadisə yerində keçinib. Oxu24.com
ŞƏRHLƏR