Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6364
az

Qaşıqçının iki barmağı kəsilib Ərəbistana göndərilib - Qətllə bağlı qandonduran fakt +VİDEO

13:4523 Oktyabr, 2018
1268
DÜNYA
  • A
Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salman əl Səudun təşəbbüsü ilə keçirilən, bu il "çöx möhtəşəm" olması gözlənilən İnvestisiya Forumu təxirə salınıb.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, "Səhradakı Davos" adlandırılan forumla bağlı qərarın səbəbi Qərb ölkələrinin siyasətçilərinin, dövlət xadimlərinin və iş adamlarının tədbirə qatılmayacaqlarını bəyan etmələridir.

Olay Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun ərazində 59 yaşlı jurnalist Camal Haşoqqqinin amansızcasına qətlə yetirilməsindən qaynaqlanır.

Bundan başqa, Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondunun 600 milyard dollarlıq investisiya layihələri də artıq şübhə altındadır.

Kanada və Almaniya Səudiyyə Ərəbistanına silahla hərbi texnika satışlarını dayandıracaqlarını bəyan ediblər.

Son məlumatlara görə, oktyabrın 2-də Səudiyyə Ərəbistanının konsulluğunda Camal Haşoqqi qətlə yetiriləndən sonra qatillər dəfələrlə vəliəhd şahzadə Məhəmməd bin Salmanın müşavirlərinə, Ər-Riyada zəng vurublar.

Qatillər Səudiyyə Ərəbistanının Dövlət Təhlükəsizlik Xidmətinin zabitləri idilər və oktyabrın 2-də xüsusi təyyarə ilə Ər-Riyaddan İstanbula gəlmişdilər.

Onlar Haşoqqi qətlə yetiriləndən iki saat sonra İstanbulu tərk ediblər.

Haşoqqinin sağ əlinin iki barmağı kəsilərək Ər-Riyada göndərilməkdə məqsəd isə jurnalistin "zərərsizləşdirildiyini" şahzadəyə əyani sübut etmək idi.

Bundan başqa, vəlihəd şahzadə indiyədək dəfələrlə demişdi:

"Haqqımda hədyan yazanlar və yayanların barmaqlarını kəsərəm".

Haşoqqinin kəsilmiş barmaqları da Səudiyyə Ərəbistanındakı hakimiyyəti tənqid edən jurnalistin "cəzalandırılması"na dəlalət idi.

Camal Haşoqqinin də qətlə yetirilən gün vəlihəd şahzadənin dəftərxanasına zəng etdiyi bəlli olub.

Türkiyənin xüsusi xidmət orqanları əvvəllər Səudiyyə Ərəbistanının Britaniyadakı səfirliyində çalışmış sabiq diplomat, general-mayor Mahir Əbdül Əziz Mütribin şahzadə Salmana oktyabrın 2-də, Haşoqqi qətlə yetirilən gün 7 dəfə zəng vurduğunu müəyyənləşdiriblər.

General-mayor Mütrib İstanbula göndərilmiş 15 nəfərlik "qətl dəstəsi"nin rəhbəri idi.

O, həmin gün vəliəhd şahzadənin özəl ofisinin rəhbəri Bədr əl Əsakərə də 4 dəfə zəng vurub. Qrupun digər üzvü, polkovnik Mustafa Əl Mədaninin də görüntüləri əldə olunub.

Konsulluq binasına dama-dama köynəkdə girən Mədani iki saat sonra oradan əynində pencək çıxıb. Həmin pencək Haşoqqi konsulluğa girəndə onun əynində idi. Üstəlik, Mədaninin üzündə saxta saqqal vardı: o, müşahidə kameralarına düşəcəyini bildiyindən özünü uzaqdan Haşoqqiyə bənzətməyə çalışırdı.

Reuters-in məlumatına görə, vəliəhd şahzadə Məhəmməd bin Salmanın artıq sabiq müşaviri Səud əl Kəhtani jurnalist Haşoqqinin qətlinə fərmanı İstanbula göndərilmiş 15 nəfərlik "qətl dəstəsi"nə Skype vasitəsilə verib.

"O köpəyin, murdar itin kəlləsini qoparın, mənə gətirin", - Kəhtanir deyib.

Əl Arabiya bildirir ki, vəliəhd şahzadə Məhəmməd bin Salman əl Səudun yalnız ona tabe olan "Firqat əl Nəmr" ("Pələng dəstəsi") adlı xüsusi killer qrupu var. Bu qrup Səudiyyə Ərəbistanı ərazisində və xarici ölkələrdə şahzadənin "düşmənlərinin ovlanması" ilə məşğuldur.

Haşoqqiyə işgəncələr verən, sonra onu şaqqalayıb qətlə yetirən 15 nəfrəlik dəstədə yer almış Mahir Əbdül Əziz Mütrib, Məhəmməd əl Zəhrani və Dhara əl Hərbi, Əhməd əl Asiri  "Firqat əl Nəmr"in üzvləridir.

Haşoqqinin qətlindən sonra işdən qovulmuş general-mayor Əhməd əl Asiri dəstədə "Cənub pələngi" kimi tanınırdı.

Haşoqqinin qətlinin ertəsi günü Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasının həyətində yüzlərlə sənəd yandırılıb. Bu olay videomüşahidə kameralarına düşüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR
Çində məktəbdə bıçaqlı hücum -8 ölü, 17 yaralı / VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ