Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6354
az

“İlham Əliyevlə Trampın görüşü razılaşdırılıb”

10:4623 Oktyabr, 2018
1112
SİYASƏT
  • A
  
"Azərbaycan prezidenti İlham Əliyev tezliklə amerikalı həmkarı Donald Trampla görüşəcək"

Azvision.az xəbər verir ki, bu barədə erməni politoloq, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Rusiya və Cənubi Qafqaz regionuna səfərinə dair ilk məlumatı yayan Suren Sarkisyan bildirib. Onun sözlərinə görə, Əliyevlə Trampın görüşü praktiki olaraq razılaşdırılıb.

“Azərbaycanda prezident Əliyevin Vaşinqtona səfərini hazırlayırlar, həm də mümkün qədər tez. Görünən odur ki, Tramp-Əliyev görüşü artıq təsdiqlənib. Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq müqaviləsi imzalamaq istəyir” – Sarkisyan “Facebook” səhifəsində yazıb.

Həmçinin qeyd olunub ki, Boltonun Bakı səfərində Əliyev-Tramp görüşünün təşkili məsələsi də müzakirə olunacaq.

Xatırladaq ki, hazırda Rusiyada olan Con Bolton sabah Azərbaycana, daha sonra isə Ermənistan və Gürcüstana səfər edəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı